Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd / Aktual / Redaktor seçimi (26-07-2019, 10:03)
AQTA-nın əməkdaşları sahibkarı təhqir edir - rüşvət tələbinə boyun əymədiyinə görə


 Dünyada sağlamlıq turizminə tələbat getdikcə artmaqdadır. Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib - otellər, istirahət zonaları. Bizim gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də sağlamlıq turizmi ilə bağlı məqamlar öz əksini tapıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin prioritet elan etdiyi bu məsələ ilə bağlı ölkəmizdə bir sıra tədbirlər reallaşdırılır, həmçinin 2020-ci ildən sonra sağlamlıq turizminin inkişafına təkan vermək məqsədilə Qəbələ, Şabran, Masallı, Lənkəran rayonları kimi, digər məkanların mövcud təbii ehtiyatlarından istifadə məqsədilə uzunmüddətli planlar həyata keçiriləcək.
Sağlamlıq turizminin inkişafına sahibkarların da verdiyi töhfələr çoxdur. Tanınmış iş adamı Hacı İldırım Allahyarovun rəhbərliyi altında Masallı İstisu "Fatimeyi Zəhra" Şəfa Sanatoriyası da həm insanların sağlamlığına, həm iqtisadiyyatımızın formalaşmasına, həm də dövlətimizin büdcəsinin zənginləşməsinə xidmət edən müəssisədir. Burada göstərilən xidmətlər bütün dövrlərdə təqdir olunmuşdur.Bura dincəlməyə gələn yerli və xarici turistlər göstərilən xidmətdən çox razılıq edirlər. Lakin çox təəssüflər olsun ki, belə müəssisələrin də fəaliyyətinə müdaxilələr edilir, süni maneələr törədilir. Özü də hökumət strukturları tərəfindən.
Hacı İldırım Allahyarov Mediatv.az saytına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən şikayətlənmişdir. Sahibkarın sözlərinə görə, AQTA-nın Cənub Regional Bölməsinin əməkdaşları qida məhsullarının keyfiyyətinə nəzarət adı ilə iaşə obyektlərinin rəhbərlərinə təzyiq göstərərək, onlardan aylıq "taqsa" almağa çalışırlar. Bu tələbə boyun əyməyənləri isə təxribata çəkməyə, özündən çıxarmağa çalışır, əl-qol atmağa vadar etmək üçün hər vasitəyə, hətta təhqirə belə əl atmaqdan çəkinmirlər.AQTA-nin üç 25-30 yaşlı əməkdaşı Hacı İldırım Allahyarova camaatın gözü qarşısında hücum etmiş ona fiziki təzyiqlər göstətmişdir.Onlar vəzifə səlahətlərindən istifadə edərək,rayon polis şöbəsi rəisinin "köməkliyi" ilə guya Hacı İldırım Allahyarov onlara xəsarət yetirib deybən ekspertdən rəy almağa cəhd edirlər.61 yaşlı sahibkarın üç cavan oğlana xəsarət yetirməsi özü-özlüyündə gülünc bir haldır.Hacı İldırım Allahyarov daima dövlətə və dövlətçiliyə xidməti ilə tanınıb.
  Hacı İldırım demişdir ki, onun bu tələblə razılaşmadığını görən Agentlik əməkdaşları kabinetindəki masanın üstünə tüpürmüşlər.Mediatv.az xəbər verir ki, Sahibkar onların bu hərəkətindən rayon prokurorluğuna şikayət etmişdir. Hazırda prokurorluq tərəfindən insidentlə bağlı araşdırma aparılır.
Xatırladaq ki, 2 iyul 2013-cü il tarixdə qəbul edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun 01 mart 2014-ci il tarixdə qüvvəyə minməklə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilib yoxlamalar zamanı sahibkarların işini asanlaşdırmağı nəzərdə tutmuşdur. Bundan beş il sonra "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik edilərək, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılmışdır
Ölkə başçısı  İlham Əliyev Bakı Bisnez Mərkəzində keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına həsr olunan konfransda Azərbaycanın iqtisadi imkanlarının getdikcə genişləndiyini vurğulayaraq bildirib ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalıdır. O həmçinin deyib ki, icra orqanları sahibkarlara kömək etməlidirlər. Onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır: “Buna ehtiyac yoxdur, artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb, biz şəffaflığa nail ola bilmişik. Belə olan halda yersiz yoxlamalar, müdaxilələr əsassızdır. Buna son qoyulmalıdır”.
AQTA bu qadağaya əhəmiyyət verməməklə ölkə Prezidentinin yürütdüyü iqtisadi siyasətə qarşı çıxır, iş adamlarından rüşvət tələb etməklə korrupsiya cinayəti törədirlər. Ümidvarıq ki, Masallı rayon prokurorluğu obyektiv araşdırma aparacaq, AQTA əməkdaşlarının reketçilik əməllərinə hüquqi qiymət veriləcəkdir.                      
 
 шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024