Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (14-09-2021, 10:12)
Kərim Vəliyevin Türkiyə səfərinin PƏRDƏARXASI.

Kərim Vəliyevin Türkiyə səfərinin PƏRDƏARXASI...
Artıq uzun illərdir ki, Azərbaycanda həm siyasi, həm də hərbi sahədə birinci şəxslər vəzifəyə təyin edildikdən sonra ilk səfərlərini Türkiyəyə edirlər. Bu da qardaşlığın bariz bir nümunəsidir və artıq ənənə halını alıb.

Bunu Axar.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Ekspertin sözlərinə görə, Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətində yüksək vəzifəli şəxslər var və bu, səfərin önəmini göstərir:

“Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyətində nazirliyin Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Azər Əliyev, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Baş Qərargah rəisi Katibliyinin rəisi polkovnik Vaqif Dərgahlı və digər yüksək vəzifəli şəxslər var. Heyətin yüksək vəzifəli şəxslərdən təşkil olunması bu səfərə verilən əhəmiyyətin göstəricisidir. Bundan sonra Türkiyə və Azərbaycan arasında hərbi sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək, sıxlaşacaq və intensivləşəcək”.

Polkovnik Azərbaycanda “Üç qardaş-2021” təlimini örnək gətirərək, belə təlimlərin artan şəkildə davam edəcəyini və bunun müəyyən ölkələrdə qıcıq yarada biləcəyini bildirib:

“Bildiyimiz kimi, ölkəmizdə Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş-2021” hərbi təlimləri başlayıb. Belə təlimlər daha da artacaq. Əlbəttə, bu tendensiya müəyyən dövlətlərdə qıcıq yaradacaq. Ancaq bundan çəkinməyə gərək yoxdur. Azərbaycan müstəqil dövlətdir və belə hərbi təlimlərin keçirilməsi dövlətimizin tam suveren hüququdur”.

Üzeyir Cəfərovun bu səfərin Türkiyə ilə birliyimizə təkan verəcəyini vurğulayıb:

“Heç kimə sirr deyil ki, qardaş Türkiyə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana misilsiz şəkildə dəstək olub. Kərim Vəliyevin ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi həm də vəfa borcudur. Digər tərəfdən türk generallarının Kərim Vəliyevə onun peşəkarlığına, vətənpərvərliyinə görə xüsusi hörməti var. Səfərdən sonra yəqin ki, hərbi sahədə qarşıdakı illər üçün birgə fəaliyyət planları işlənəcək və təsdiqlənəcək”.

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024