Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-10-2020, 18:25)
"Türkiyə haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq" - Erkan Özoral

 "Türkiyə bütün imkanları ilə bu haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq".

"Mediatv.az"-ın xəbərinə görə, bunu diplomatik korpus nümayəndələrinin Gəncəyə səfəri zamanı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Bu günlərdə Azərbaycan öz torpaqlarını azad etmək üçün  beynəlxalq hüquqa, müharibə hüququna, əsgəri hüquqa, humanitar hüquqa uyğun bir şəkildə son dərəcə legitim bir mücadilə aparır. Bu gün Azərbaycan ordusunun əldə etdiyi zəfərlərlə, azad etdiyi şəhərlərlə bizlər də qurur duyuruq. Fəqət qarşımızda  çox təəssüf ki, insanlıqdan nəsibini almamış, xain, təcavüzkar bir qrup var. Əlbəttə ki, onlara da lazımi dərslər veriləcək. Ancaq bu müharibədə şübhəsiz ki, Gəncənin ayrı bir tarixi olacaq. Bu müharibənin tarixi yazılarkən Gəncənin və digər Azərbaycan şəhərlərinin məruz qaldığı hücumlar barəsində ayrı bir səhifə yazılacaq. Bu günə qədər verdiyimiz şəhidlərimizin  bu səhifədə xüsusi bir yeri olacaq. Mən bütün şəhidlərimiz üçün, Gəncədə, Tərtərdə, Bərdədə,  Ağdamda  Goranboyda xaincə, alçaq bir şəkildə hücumların qurbanı olan qardaşlarımız üçün bütün Azərbaycan xalqına  başsağlığı verir, yaralılarımıza  şəfalar diləyirəm. Qeyd etmək istəyirəm ki, Türkiyə bütün imkanları ilə bu haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacaq", - deyə türkiyəli diplomat bildirib.шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024