Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (22-06-2020, 14:03)
Həndbol üzrə Azərbaycan çempionatı ləğv olunur

 “Həndbol üzrə Azərbaycan çempionatını ləğv edilmiş saymaq olar. Çünki bu şəraitdə yarışı davam etdirmək mümkün deyil”.
Bunu Mediatv.az-a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.
O, həndbol üzrə yarışların ləğv ediləcəyini bildirib:“Hələ rəsmi qərar verməmişik. Federasiya prezidenti Saleh Məmmədovla iyulun əvvəlində bu barədə söhbət ediləcək. Bundan sonra rəsmi qərar açıqlanacaq.
İki həftəlik sərt karantin rejimi tətbiq olunur. Üstəlik, minimum avqustun 1-dək Azərbaycanda karantin rejimi olacaq. Bu müddətdə idman zallarının açılacağı güman edilmir.
Əslində, sentyabrda yarışı davam etdirmək olar. Amma bu, bizə sərf etmir. Çünki yeni mövsümə oktyabr-noyabrdan başlamaq istəyirik. Rusiya da həndbolu dayandırıb. Yəqin, Gənclər və İdman Nazirliyi də keçirməyə icazə verməyəcək. İdman zalları xəstəxanaya çevrilsə, yerimiz də olmayacaq.
Avrokuboklar üçün həm qadınlarda, həm də kişilərdə dörd yerimiz var. Ona görə də çempionatda indiki turnir cədvəlinə əsasən yerləri müəyyənləşdirib avrokuboklara gedəcək komandaları açıqlamaq mümkündür”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
9 07 2020
8 07 2020