Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (6-07-2022, 12:08)
Təhsil Nazirliyi: “İlk atəşi Roma papası açıb”

 Füzuli rayonunun şəhid Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd orta məktəbinin müəllimi Alıyeva Ziyafət Mirzalı qızının redaksiyamıza müraciəti əsasında hazırladığımız və “Nyus.az” veb-saytında dərc olunmuş 06.05.2022-ci il tarixli “Füzulidə hava limanı inşa edən dövlətin kənd məktəbinin təmirinə gücü çatmır? – Araz Yağlıvənd kənd məktəbi xanım direktorun əsarəti altında” sərlövhəli məqalə tərəfimizdən müşayiətedici məktublarla baş prokurora və təhsil nazirinə göndərilmişdi. İnanırdıq ki, məqalədə ehtiva olunan məsələlərə – məktəb direktoru Səidə Hacıyevanın və Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın qanunsuz əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

Xatırladaq ki, Ziyafət müəllimənin müraciətinə qoşma etdiyi video-materialda məktəbin girəcəyindəki tağvari sütünün çatlayıb qırılmış olduğu, məktəbin deşilmiş tavanına çürümüş taxta faner vurulduğu, məktəb foyesinin girəcəyindəki pəncərənin şüşələrinin qırıldığı, dəhlizin və sinif otaqlarının iç divarlarının acınacaqlı vəziyyəti, bəzi sinif otaqlarında sınıq pəncərələrin yerinə yazı taxtaları, parta hissələri salındığı, həyəti qanqal, tikan kolları, alaq otları basdığı sərgilənirdi. Müraciət müəllifi 260 şagirdin, 40-a yaxın müəllimin, 15-ə yaxın texniki işçinin həyatının təhlükə altında olduğunu, bu vəziyyətin şagirdlərin dərsə davamiyyətinə mənfi təsir etdiyini, məktəbin direktoru Səidə Hacıyevanın həlli təxirəsalınmaz olan bu problemlə qayğılanmadığını, əsaslı və cari təmirə ayrılan pulun hara xərcləndiyinin bilinmədiyini qeyd edirdi.
Direktor Səidə Hacıyevanın məktəbin stadionunu otlaq sahəsinə, heyvan fermasına çevirərək, özünə və qayını, guya idman müəllimi olan İbrahim müəllimə məxsus mal-qaranı, qoyun-quzunu otartdırdığını bildirən Ziyafət müəllimə bildirirdi ki, məktəbin acınacaqlı durumu barədə əvvəllər də, ta 2018-ci ildən başlayaraq yuxarı instansiyalara müraciətlər ünvanlayıb, amma onun səsini təhsil şöbə müdiri Ramella Məmmədova batırıb, yuxarı qurumlara yalan məlumatlar verib ki, guya o, yalançıdır.
Şikayətçi həmçinin qeyd edirdi ki, məktəbi şəxsi maraqları çərçivəsində idarə edən direktor Səidə Hacıyeva dərs yükü bölgüsünü alver predmetinə çevirib.
Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov redaksiyamıpza göndərdiyi 01.06.2022-ci il tarixli cavab məktubunda bildirir ki, məktəbin əsaslı təmiri AR NK-nın 2019-2023-cü illər Dövlət Proqramına salınıb, məqalədə qeyd olunan “idman meydançası” isə yerli kənd bələdiyyəsinin balansındadır. Dərs bölgüsünə gəlincə, yeni tədris ili üçün diaqnostik ballara və təlimata uyğun dərs bölgüsünün aparılması təmin olunacaq.
Təhsil Nazirliyi özü də Regional İdarədən bir həftə sonra redaksiyanmıza oxşar məzmunlu məktub göndərmişdir.
Beləliklə, aidiyyəti qurumların qaldırdığımız məsələ ilə bağlı apardıqları araşdırmalar suallarımıza cavab olmaq əvəzinə, əksinə, yeni suallar doğurmuşdur. Belə yəqinlik hasil olur ki, nə Nazirlik, nə də yeni yaranan Regional Təhsil İdarəsi rayon təhsil şöbəsi müdirinin və məktəb direktorunun indiyə qədərki fəaliyyətlərindəki qanunsuzluqları araşdırmaq niyyətində deyil, sadəcə vəd edirlər ki, bundan sonra hər şey yaxşı olacaq – dərs bölgüsü nəzarətə götürüləcək, məktəb uzağı bir ilə əsaslı təmir olunacaq. Cari təmirə ayrılan pullar hara gedib? – Cavab yoxdur! Dərsə gələ bilməyən şagirdlərin itirdikləri necə kompensasiya olunacaq? – Cavab yoxdur! Niyə məktəbin əsaslı təmiri 5 illik Dövlət Proqramı çərçivəsində görüləsi işlərin axırıncı ilinə qalıb? - Cavab yoxdur! Qəzalı vəziyyətdə olan məktəbdə müəllim və şagirdlərin həyatının illər uzunu təhlükə altında qoyulmasına kim məsuldur? – Cavab yoxdur!
Regional İdarənin araşdırıb yerinə çatdığı yeganə məsələ isə “idman meydançasının” məktəbin deyil, bələdiyyənin balansında olduğunu öyrənməsidir. Əcəba, məktəbin yaxın ətrafı olan həmin ərazinin bələdiyyəyə məxsus olması direktora və onun qaynına əsas verirmi ki, özlərinə məxsus heyvanları orada otartdırsınlar? Axı heyvanların təzəyinin qoxusu kontoru xeyli aralıda olan bələdiyyə sədrinin deyil, məktəbin müəllim və şagirdlərinin ciyərinə gedir. Bu məsələnin də üstündən sükutla keçilib. İdarə rəisi hətta bələdiyyədən arayış da alıb ki, şagirdlərin istifadə etdikləri meydança bələdiyyəyə məxsusdur. Yaxşı ki, bələdiyyə sədri imza atdığı arayışda meydançada otarılan heyvanların da Səidəyə və İbrahimə deyil, bələdiyyəyə məxsus olduğunu bildirməyib. Hərçənd, yaza da bilərdi – heyvanların şəxsiyyət vəsiqəsi yoxdu ki, ayırd edək.
Təhsil Nazirliyinin və onun Regional İdarəsinin cavabı təxminən o deməkdir ki, Ziyafət Alıyeva yalan yazıb, məktəb direktoru və təhsil şöbə müdiri təqsirsizdirlər. Çünki hələ ki, qəza baş verməyib, başqalarının ağır xəsarət almasına, ölümünə səbəb olmayıb. Bu cavab təxminən məşhur lətifədə deyildiyi kimi, sovet “KQB”-sinin Roma papasının həyatına sui-qəsd ittihamına verdiyi cavaba bənzəyir: “İlk atəşi Roma papası açıb”.
Bizim özümüzün çıxardığımız nəticə isə budur: Nə qədər ki, Səidə Hacıyeva və Ramella Məmmədova kimi yarıtmaz kadrlar iş başında qalacaq, nə qədər ki, onlardan rəvac verdikləri qanunsuzluqlara görə məsuliyyət tələb olunmayacaq, o halda təhsil sistemində tətbiq olunan heç bir yenilik, yaradılan heç bir mütərəqqi regional struktur fayda verməyəcək.

Arif Qabiloğlu.

Nyus.Azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024