Təhsil (16-02-2022, 12:03)
MİQ imtahanları bir neçə mərhələdə keçirilməyəcək - Nazirlik rəsmisi
“Müəllimlərin işə qəbulu üzrə test imtahanının bir neçə mərhələdə keçirilməsi hələlik nəzərdə tutulmayıb”.
Mediatv.az xəbər verir ki, bunu müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklərlə bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. O qeyd edib ki, bu tədris ilində vakansiya seçimi iki mərhələdə olacaq: “Əvvəlcə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinin seçim etməsinə üstünlük veriləcək. Daha sonra isə digər namizədlər seçim edə bilərlər”.
Qeyd edək ki, daha əvvəl təhsil naziri Emin Əmrullayev MİQ imtahanlarında müəllimlərə bir neçə dəfə iştirak hüququnun verilmə ehtimalını açıqlamışdı. Bildirmişdi ki, eyni müəllimə 2-3 və daha çox sayda şans verilə bilər.