Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (24-01-2022, 11:57)
"Təhsil Nazirliyinin cavabını bəhanə hesab edirəm" - Ekspert

 Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi qış tətili dövründə  tələbələrin köçürülməsinin dayandırıldığını elan edib. Qeyd olunub ki, tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi və tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2021-2022-ci tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur. Bu isə tələbələr arasında narazılığa səbəb olub.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, tələbələrin köçürülməsi ildə 2 dəfə həyata keçirilməlidir:
"Təhsil Nazirliyi qış tətili dövründə tələbələrin köçürülməsinin dayandırılmasını tədris ilinin gec başlanması ilə əlaqələndirib, amma ali təhsil müəssisələrində gecikmə olmayıb. Universitetlərdə qış imtahan sessiyası öz vaxtında başlayıb və vaxtında da başa çatıb. Mən Təhsil Nazirliyi tərəfindən mətbuata verilən cavabı bəhanə hesab edirəm. Həmçinin bu, Nazirlər Kabinetinin qərarlarının icra edilməməsi və tələbələrin təhsil alma hüquqlarının məhdudlaşdırılmasıdır. Ümumiyyətlə, tələbələrin köçürülməsi prosesi elektron qaydada aparılırdı. Bu proses cəmi bir neçə dəqiqə çəkir. Burada Təhsil Nazirliyinin hər hansı kəşfiyyat yürüşünə çıxmağa və ya uzun müddətli araşdırma aparmağa ehtiyac yoxdur. Mən düşünürəm ki, Təhsil Nazirliyi universitetlərdən gələn təzyiqlərə görə bu addımı atdı, çünki Qərb və Xəzər universitetləri kimi özəl ali təhsil müəssisələrində təhsil alan tələbələrin əksəriyyəti sonradan dövlət universitetlərinə köçürmə edirdilər. Nəticədə həmin universitetlərin gəlirləri aşağı düşürdü. Onlar bu prosesə mane olmaq üçün Təhsil Nazirliyinə bu və ya digər formada müraciət ediblər və onların müraciəti qalib gəlib. Bu, çox sayda insanın təhsil alma imkanlarını məhdudlaşdırır. Ona görə ki, xəstə olanlar, əyaniyə qəbul olub daha sonra ailə quranlar və maddi vəziyyəti aşağı düşən tələbələr var. Onların da hər biri bu imkandan yararlanmalı idilər, amma bu gün həmin tələbələr bundan məhrum ediliblər".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024