Təhsil (8-06-2021, 09:44)
Tələbələr haray çəkir, di gəl, hay verən yoxdur - AKTUAL
Ali və orta ixtisas təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyası başlar-başlamaz yenə tələbələrin imtahan prosesi ilə bağlı şikayətləri yayılmağa başlayıb. Tələbələr semestr ərzində keçirilən dərslərin keyfiyyətindən heç də razı görünmürlər. Onların fikrincə, həmin dərslərin qarşılığında imtahan olduqca çətin keçirilir. Tələbələr iddia edirlər ki, bəzi fənn müəllimləri imtahana başlayanda aşağı bal yazmaq üçün, imtahandan daha çox tələbənin kəsilməsi üçün əllərindən gələni edirlər.
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov da mövcud problemin aktuallığına toxunub: “Aparılan monitorinqlər onu göstərir ki, bizim ali və orta ixtisas təhsil müəssiələrimiz tələbələrin problemləri ilə birmənalı şəkildə maraqlanmır və onların yanında deyil. 2021-ci il yaz imtahan sessiyası ilə bağlı istər ali, istərsə də orta ixtisas təhsil müəssisələrinin tələbələrinin narazılıqlarını sosial şəbəkədən, elektron resurslardan görüb, müşahidə edirik. Diqqət çəkən məqam isə odur ki, nə Təhsil Nazirliyi, nə də aidiyyəti üzrə ali, orta ixtisas təhsil müəssisələri bu məsələlərə münasibət bildirir. Sanki Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 250 mindən artıq tələbənin həyatı onlar üçün mənasızdır. Çox təəssüf ki, rəsmi qurumlar tələbələrin sessiya, dövlət imtahanı, diplom işləri ilə bağlı narahatlıq və narazılıqlarına fikir bildirmir. Başqa vaxt isə özlərini tam olaraq tələbənin yanında imiş kimi göstərirlər”.
“Təəssüf ki, biz bu gün aidiyyəti dövlət qurumlarını tələbələrin dərdini dinləyən, eşidən bir struktur olaraq görə bilmirik və pandemiyanın, eyni zamanda zəfərimizlə başa çatan müharibənin yaratdığı çətinliklərdən sui-istifadə etmək istəyən təhsil qurumları – buraya xüsusilə orta ixtisas təhsil müəssisələri aiddir - imtahanların gedişi ilə bağlı tələbələr qarşısında çox ciddi tələblər irəli sürür. Xüsusən imtahanların keçirilməsi, diplom işlərinin yazılması kimi çox çətin, eyni zamanda da vacib tələbləri var. Biz bütün dünyada olduğu kimi pandemiyanın tədrisdə yaratdığı çətinlikləri nəzərə almalıyıq. Amma aparılan monitorinqlər onu göstərir ki, bizim ali və orta ixtisas təhsil müəssisələrimiz tələbələrin problemləri ilə birmənalı şəkildə maraqlanmır və onların yanında deyil. Məhz bu günlərdə orta ixtisas təhsil müəssisələrində imtahanların gedişi, təşkili, yoxlanılması obyektiv olmur. Birmənalı şəkildə burada təhsil alanlardan əsassız tələblər var. Xüsusilə biz orta ixtisas təhsil müəssisələrini qeyd etməliyik ki, burada tələbələrdən çox ciddi şəkildə, əsassız tələblər var – pul və s. kimi”, - deyə həmsöhbətimiz bildirib.
Ekspert qeyd edib ki, təhsil müəssisələri pandemiyanın yaratdığı çətinlikləri nəzərə almır: “Pandemiya dövründə tələbələrin də ailələrinin gəlirləri aşağı düşüb, eyni zamanda iş yerləri bağlanıb. Çox təəssüf ki, təhsil müəssisələri bunun yaratdığı çətinlikləri nəzərə almır. Məhz biz görürük ki, pandemiya dövrünün çətinlikləri heç bir təhsil müəssisəsi tərəfindən diqqətə alınmır. Əksinə, onu fürsətə çeviriblər və bu gün tələbələrin təhsil müəssisələrindən məmnunluğu çox aşağı səviyyədədir”.
Əsədovun sözlərinə görə, semestr imtahanının təşkilində ciddi pozuntular müşahidə olunur: “Təbii ki, biz güzəştin yox, ədalətin tərəfdarıyıq. Yəni verilmiş biliklər, formalaşdırılmış bacarıqlar soruşulmalıdır. Amma bu gün ali və orta ixtisas təhsil müəssisələri tələbələri özlərinin əsassız tələbləri, çətin imtahan qaydaları ilə sıxır”.
“Hesab edirəm ki, buna çox ciddi nəzarət olunmalıdır. Çox təssüf ki, bu qədər tələbənin səsi, narazılığı, narahatlığı Təhsil Nazirliyi tərəfindən eşidilmir və heç bir münasibət bildirilmir. Təhsil Nazirliyinin rəsmi sosial şəbəkə hesablarına, rəsmi ünvanlarına tələbələr ciddi şəkildə öz narazılıqlarını yazırlar. Bunu – tələbələrin şikayətlərini görməmək üçün kor, kar olmaq lazımdır. Tələbələrin haqlı və ya haqsız olduqlarının qərarını vermək lazımdır. Təəssüf ki, aidiyyəti dövlət qurumları tələbələrlə bağlı hər hansı məsələdə münasibət bildirmir və bu da tələbələrdə qıcıq yaradır”, - deyə müsahibimiz vurğulayıb.
Mütəxəssis əlavə edib ki, təhsillə bağlı narazılıqlara görə Təhsil Nazirliyi cavabdehdir: “Azərbaycan Respublikasının “Təhsil haqqında qanun”a və digər qanunvericilik aktlarına görə, Təhsil Nazirliyi ali və orta ixtisas təhsil müəssisələrində semestrin təşkilinə cavabdehdir və nəzarət etməlidir. Onun mexanizmi məhz daxil olan şikayətlərin yoxlanılması vasitəsilə həyata keçirilə bilər. Ümumi formada bütün təhsil, tədris prosesindəki narahatlıq və narazılıqlara görə Təhsil Nazirliyi cavabdehdir. Təhsil Nazirliyinin öhdəliyi var, amma biz görürük ki, təhsilin bu pilləsi – orta ixtisas təhsili ilə ümumiyyətlə, maraqlanılmır və münasibət bildirilmir”.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə AYNA-nın mövzuya dair sorğusunu belə cavablandırıb: “Təhsil Nazirliyinin “qaynar xətt”i var. Tələbələr “qaynar xətt”ə müraciət edə bilərlər. Eyni zamanda universitet və kolleclərdə imtahanla bağlı qərargahlar yaradılıb, oraya müraciət edə bilərlər. Qərargahda tələbələrin şikayətlərinə baxmaq üçün idarəetmə və akademik heyətdən şəxslər var. Təhsil naziri özü “Facebook”da hər ay bir dəfə canlı yayım edir, oraya, bizə yaza bilərlər. Biz bütün müraciətləri izləməyə hazırıq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024