Təhsil (30-03-2021, 17:30)
“Təhsil Nazirliyinin diplomları tanımaqdan imtina etməsi qanunsuzdur” – QƏRARA ETİRAZ
Xəbər verdiyimiz kimi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi 10 universitetin 851 diplomuna imtina verildiyini bildirib. Siyahıda Gürcüstan və Ukrayna universitetləri qərarlaşıb.
Maraqlıdır, diplomların tanınmamasının səbəbi nədir? İmtina səbəbləri yerində verilən qərardırmı?
Mövzu ilə bağlı "Mediatv.az"-a danışan təhsil eksperti Kamran Əsədov diplomdan imtina səbəbləri ilə bağlı danışıb. K.Əsədov bu gün təhsil almaq məqsədi ilə xaricə 40 mindən çox insanın axın etdiyini bildirib:
"Son illər Azərbaycandan xarici ölkələrə təhsil almaq məqsədi ilə gedənlərin sayında kəskin artım müşahidə olunur. Onların da əskəriyyəti ölkəmizdə ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərdir. Bu da Azərbaycandan kənara böyük maliyyə axını ilə nəticələnir. Yəni, bu gün Azərbaycandan kənara 40 mindən çox şəxs təhsil almağa gedir ki, bu da kütləvi beyin və vəsait axını deməkdir. Hər kəs bilməlidir ki, xaricdə təhsil almaq istəyən şəxs qanunvericiliyə tabe olmalıdır. Yəni, hamı tələb olunan müddət ərzində əgər qiyabi təhsil alırsa 15 gün, əyani təhsil alırsa 93 gün həmin ölkənin ərazisində olmalıdır. Əgər bu müddətdən az olaraq tələbələr xarici ölkədə olurlarsa onda onların ölkəyə qayıtdıqdan sonra diplomlarının tanınması ilə bağlı ciddi problem olur. İkinci bir məsələ isə lisenziyalı fəaliyyətlə bağlıdır".
Təhsil eksperti imtina səbəblərinə yenidən baxılmalı olduğunu deyib. Həmsöhbətimiz imtina səbəbinin təhsil haqlarının tapdalanmasına gətirib çıxardığını da qeyd edib:
"Təhsil Nazirliyinin bu diplomlardan imtina səbəbi qanunsuzdur. Çünki imtina səbəbi tələb olunan müddətdən az vaxtda tələbənin xarici ölkədə olması ilə bağlıdır. Amma semestri müəyyən edən tələbə deyil. Əgər universitet 1 həftəlik proqram tərtib edirsə, tələbə niyə o ölkədə 15 gün vaxt keçirməlidir? Bu baxımdan nazirliyin müddətlə bağlı tələbi əsassızdır. İkinci imtina səbəbi kimi tədris dili göstərilir. Artıq texnoloji dövrdə yaşayırıq. Ola bilər ki, tələbə xaricdə özünə tərcüməçi tutub, yaxud hansısa proqramdan istifadə edib. Bu o demək deyil ki, tələbə təhsili mənimsəməyib. Bu baxımdan Təhsil Nazirliyinin imtina səbəbləri həqiqəti əks etdirmir və insanların təhsil almaq hüquqlarını tapdayır. Necə ola bilər ki, tələbə diplomu hərbi komissarlığa 4 il əvvəl təqdim edib möhlət hüququ alıb, amma indi o diplom tanınmır. Hesab edirəm ki, bu ciddi problemdir və Təhsil Nazirliyi imtina qərarına yenidən baxmalıdır".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024