Sentyabrın 27-də başlayan Vətən Müharibəsi noyabrın10-da böyük zəfərlə başa çatdı. Ölkə başçısı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gündə müzəffər ordumuz möhtəşəm qələbələr qazanaraq 30 ildən bəri düşmən tapdağı altında inildəyən tarixi torpaqlarımızı azad etdi. Vətən müharibəsində yüz minlərlə Azərbaycan igidi könüllü çəbhəyə gedərək qələbə əzmi ilə vuruşdu böyük zəfərlər əldə etdi. Onların arasında Vətən uğrunda gözünü qırpmadan canından keçərək müqəddəs şəhidlik zirvəsinə yüksələn igidlərimiz oldu. Bu qəhrəmanlar xalqımızın yaddaşında əbədi olaraq taxt qurdular. Xalqımız şəhidlərimizin xatirəsini həmişə əziz tutacaq. Lakin bu günlərdə öz şəxsi mənafeyini milli düşüncədən, vətənpərvərlik kimi ülvi hisslərdən üstün tutan “insanlar” da tapıldı.
Bu gün cənab Prezidentin rəhbərliyi altında çoxşaxəli addımların atılmasına, hər kəsdə vətənpərvərlik əhvali-ruhiyyəsinin baş qaldırmasına, düşmən ölkəyə qarşı nifrət hissinin artdığı bir vaxtda, Xızı rayon Təhsil Şöbəsinə 2006-cı ilin may ayından rəhbərlik edən Oktay Rza oğlu Abdullayev hal-hazırda fərqli yanaşmalarını ortaya qoymaqdadır. Hərçənd dövlət baçşımız bu adama etimad göstərərək 2003-cü il 04 Oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim” adına da layiq görüb. Yəni, Oqtay Abdullayevin ortaya qoyduğu yanaşmalardan biri də, hazırda ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərə qarşı bəslədiyi ögey münasibətdir. Belə ki, redaksiyamıza daxil olan ilginc məlumatlara görə Xızı rayon Təhsil Şöbəsinə rəhbərlik edən bu şəxs, müəyyən yerlərdə giley-güzar edir ki, rayonumuza gətirilən dörd şəhidin dəfn xərclərini RİH-nin başçısı Xəzər Aslanov mənə tapşırıb.
Bu da heç cür yolverilməz haldır. Rayon rəhbərliyi nəzərə almır ki, təhsil şöbəsi hansısa istehsal müəssisəsi deyil. Yəni, istehsal etdiyimiz məhsulları kimlərəsə sataq və əldə olunan gəlirlər hesabına dəfn xərclərini də ödəyə bilək. Bu cür yanaşmanın varlığını eşitdikcə, sanki şoka düşdük. Çünki, həmin gənclər öz canı-qanı bahasına düşmənlə üz-üzə dayanır, qorxmadan-çəkinmədən vuruşur və itirilmiş torpaqlarımızı geri qaytararkən şəhid olurlar. Buna baxmayaraq, Azərbaycan Respublikasının “Əməkdar müəllim” adına layiq görülən Oqtay Abdullayev isə, belə bir yanaşmasını ortaya qoyur. Rayon icra başçısı da heç olmasa belə bir mənəvi işi O.Abdullayev kimi mənəviyyatı kasad adama tapşırsa yenə dərd yarıdır.
Oqtay Abdullayevin qanunsuz əməlləri bununla bitmir. Belə ki, Q.Abdullayev rayonun məktəb direktorlarını guya “Yaşat” Fonduna keçirçmək üçün müəllimlərdən 100 manat yığılmasını tapşırıb. Müəllimlər buna narazılığöını bildirəndə isə, onlara “onsuz da müxtəlif bəhanələrlə onlayn dərslərdə iştirak etmirsiniz işdən çıxarılacaqsınız…” kimi hədələr olunur. Bu azmış kimi Vətən müharibəsi ərəfəsində O. Abdullayev əsgərlərimizə yardım adı altında hər müəllimdən 50 manat yığılmasını əmr edib.
Yığılan vəsaitlərin cüzi hissəsindən istifadə olunub. O.Abdullayev hər yerdə bu işləri rayon icra başşısı Xəzər Aslanovun birbaşa tapşırığı ilə həyata keçirdiyini aşkar söyləyərək özünü sığortalamağı da yaddan çıxarmır. Bəli, Vətən müqəddəsdir, hər kəs üçün əzizdir və onu göz bəbəyi kimi qorumaq, hər bir bir vətən övladı üçün müqəddəs borc olmalıdır. Bu müqəddəs borcu isə, uca Şəhidlik zirvəsinə yüksəlməklə qaytarmaq mümkün olur. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik- verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır və bu gün hər kəs bu borcun nə demək olduğunu yaxşı anlayır. Şəhidlərimizin qürurlu adları hər an qəlbimizdə olmalı, ürəklərimizdə də yaşamalıdır. Xalqımızın hər bir fərdi öndə vuruşan əsgər və zabitlərimizə dayaq olmalıyıq, şəhid adına da hörmətlə yanaşmalıyıq.
Mövzunu diqqətdə saxlayacağıq. //aktualxeber.az//
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024