Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (14-09-2020, 15:45)
"Nə Azərbaycan adlı dövlət olacaqdı, nə də bizlər" - 15 Sentyabr ərəfəsi...

 "1918-1920-ci il Cümhuriyyət tarixində üç əsas bayram günü olub.1918-ci il 28 may - Cümhuriyyətin elan olunma günü,1918-ci il sentyabrın 15 -də Bakının azad olunması günü,1920-ci il yanvarın 11-i Cümhuriyyətin de-fakto tanınması günü”.

Bu sözləri “Sherg.az”a açıqlamasında tarixçi-alim Elmar Həsənli deyib.

Tarixçi bildirib ki, əslində 15 sentyabr Cümhuriyyətin yenidən qurtuluş günüdür:

“Bu bizim üçün və qardaş Türkiyə xalqı üçün müqəddəs bir bayramdır. Qardaşlıq borcunun bariz nümunəsidir.

Qafqaz İslam Ordusu həmin dönəm Azərbaycanı bolşevik və daşnaklardan azad etməsəydi, nə Azərbaycan adlı dövlət olacaqdı, nə də bizlər.

Bunu görməzdən gələnlər dövrün siyasi xadimlərinin və ziyalı, şairlərinin Nuri paşa və Qafqaz İslam Ordusu haqqında yazdığı şeirləri, minnətdarlıq üçün yazdıqlarını oxusunlar və qardaşlıq sevgisini anlasınlar.

Hətta Sovet dövründə dünyaya gələn oğlan uşaqlarına ən çox qoyulan ad Ənvər və Nuru adları olub. Bu xalq Nuru və Ənvər adını ehtiram olaraq övladlarına qoyub.

Topraq üçün canını qurban verən Qafqaz İslam Ordusunun əsgərlərinin məzarları sevgidən və hörmətdən dolayı sovet dövründə bu xalq tərəfindən qorundu, sahib çıxıldı.

Hətta övladını Nuru paşaya qurban verən adamlar olub. Bilirsiniz niyə? Çünki həmin ordu döyüşməyə, yox bu torpaq üçün ölməyə gəlmişdi. Döyüşüb öldülər və cəsədləri ilə bu torpağı mübarək Vətən etdilər. Necə ki, məşhur bir şeirdə deyildiyi kimi:

“O gecə Nuri paşa Gəncəyə mehman oldu.
Bizə əyri baxanın bağrı qızıl qan oldu.
Sancdı dağlar başına hilallı al bayrağını
Qalxdı bu türk yurdu Azərbaycan oldu”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024