Təhsil (29-03-2018, 14:32)
AQRONOMLUQ FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİ SƏPİNDƏ İŞTİRAK EDİB
Aqronomluq fakültəsinin aqronomluq ixtisasının III kurs tələbələri bitkiçilik və biti mühafizəsi kafedrasının müəllimləri ilə birgə ADAU-nun tədris təcrübə sahəsində dən və silos məqsədi ilə qarğıdalı bitkisinin səpinində iştirak edib.
Kafedranın müəllimləri tələbələrə qarğıdalının əhəmiyyəti və becərilmə texnologiyası ( səpin müddəti, üsulu, norması, toxumun basdırılma dərinliyi ) haqqında məlumat verib, sonra tələbələrin iştirakı ilə səpin aqreqatı nizamlanaraq səpin aparılıb. Səpin materialı kimi universitetin bir qrup professor-müəllim heyəti tərəfindən alınan “ADAU-80” qarğıdalı sortundan istifadə olunub. Tələbələrin verdikləri sualları müəllimlər ətraflı cavablandırıb, torpağın əkinə hazırlanması , toxumun dərmanlanması , xəstəlik və zərərvericilərlə mübarizə barəsində ətraflı fikir mübadiləsi aparılıb.