Təhsil (19-12-2022, 16:17)
Təhsilin bir ili: Telefon sərgüzəştləri, yoxsa uğurlarla yadda qaldı?
2022-ci ilin başa çatmasına bir neçə gün qalıb.
Bütün sahələrdə olduğu kimi təhsil sistemində də bir sıra yeniliklər, eləcə də problemlər müşahidə edildi. Ümumiyyətlə, cari ildə təhsildə baş verən proseslərə nəzər salsaq, orta ümumtəhsil məktəblərində böyük dalğalanmaların şahidi olduq.
Belə ki, məktəb direktorları və müəllimlər arasında baş verən qalmaqallar önə çıxan məqamlardan oldu.
Bununla yanaşı, bu il təşkil olunan müəllimlərin sertifikasiya imtahanı da ən çox yadda qalan, mühüm hadisələrdən oldu. Artıq uzun illərdir ki, məktəbdə tədrislə məşğul olan ibtidai sinif müəllimlərinin əksəriyyəti bu prosesdə uğur qazanmaq üçün hazırlıq kurslarına getməyə belə, razı oldular. Bu prosesdən uğurla keçən müəllimlər həm öz bilik və savadını təsdiq etdilər, həm də əməkhaqqlarında müəyyən artım oldu. Təəssüf ki, bu prosesdə uğur qazanmayan müəllimlər də az olmadı.
Məktəblərdə mobil telefondan istifadə bir sıra qalmaqallı hadisələri də sosial şəbəkələrdə geniş kütləyə çatdırmağa şərait yaradıb. Məktəblərdə baş verən prosesləri izlədikdən sonra isə bəzi vətəndaşlar müəllimləri tənqid etsə də, digər qrup isə şagirdləri, eləcə də onların valideynlərini günahlandırırlar. Beləliklə, məktəblərin telefon sərgüzəştləri, ictimaiyyətdə bir vaxtlar “müqəddəs elm ocağı” hesab edilən orta məktəblərlə bağlı “qalmaqal ocağı” təəssüratı yaratmaqdadır.
Bu il təhsil sistemində müsbət, yoxsa mənfi ərəflər “ağır basıb”?
"Mediatv.az"-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, 2022-ci ili pandemiya dövrünün çətinliklərindən xilas olmaq ili kimi qiymətləndirə bilərik:
“İstər universitetlərdə, istər orta ümumtəhsil məktəblərində ənənəvi təhsil bərpa edidi. Ancaq ümumilikdə 2022-ci ildə hər ay, hər həftə təhsil sistemində ciddi neqativ halları müşahidə etdik. Bu, təbii ki, xoş olan bir mənzərə deyildi. O gün olmadı ki, biz orta ümumtəhsil məktəblərində Elm və Təhsil Nazirliyinin idarəetmədəki biabırçılıqlarını müşahidə etməyək. Belə ki, hər ay məktəb daxilində direktorların pul yığımı ilə bağlı səsyazmaları və yaxud da şagirdlər arasında münasibətlərin düzgün təşkil edilməməsinin şahidi olduq. Bunların hər biri təhsil sisteminə inamı, etribarı çox ciddi şəkildə aşağı salan hallardan hesab olunur”.
Ekspert bildirib ki, 2022-ci il nazirliyin böyük məbləğdə vəsaiti qrant layihəsi kimi öz yaxın şirkətləri, şəxsləri, QHT-lərə verməsi ilə yadda qaldı:
“Bundan başqa, biz 2022-ci ildə daha çox təyinatların olduğunu görürük. Burada Regional Təhsil İdarələrinin yaradılmasından söhbət gedir. Bu, birmənalı şəkildə böyük bir hadisədir. Yəni təhsil sistemində Regional Təhsil İdarələrinin yaranması və bura təhsilə aidiyyəti olmayan bir neçə şəxsin, təhsildə təcrübəsi olmayan, xüsusilə də nazirliyin rəhbərliyinə yaxın olan şəxslərin təyin olunmasını müşahidə etdik. Təbii ki, yadda qalan hadisələr kimi Azərbaycan təhsilində ilk dəfə olaraq müəllimlərin sertifikasiya imtahanlarını qeyd edə bilərik. Eləcə də beynəlxalq olimpiyadaların nəticələrini müsbət nəticə kimi qiymətləndirmək olar. Yəni çox gərgin bir il oldu. Hesab edirəm ki, yeni ildə builki kimi problemlər olmaz və təhsil sistemi ən azından daha yaxşı amillərlə yadda qalar”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024