Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (4-06-2025, 12:41)
BSU rektoru öz yalanını özü ifşa etdi – Foto

 Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev sosial şəbəkə hesabında rəhbərlik etdiyi qurumun uğuru ilə bağlı təbliğat paylaşımı ilə gündəmə gəlib.


Bakupost.az xəbər verir ki, Anar Nağıyev BSU-nun ilk dəfə olaraq RUR (Round University Ratings) reytinqi sıralamasında yer aldığını bildirib.

“Reytinqin ən mühüm komponenti olan tədrisin təşkili mexanizmi üzrə isə dünya sıralamasında 808-ci, Azərbaycan sıralamasında 5-ci yerdə qərarlaşmışıq”, - rektor bildirib.

Rektorun elə özünün əlavə etdiyi skrində isə BSU-nun “dünya universitetləri sıralamasında 1098-ci, Azərbaycan universitetləri üzrə isə 6-cı” olduğu görünür.

Qeyd edək ki, Round University Ranking (RUR) — ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsini aparan reytinq sistemidir. Rusiya mərkəzli olan bu reytinq sistemi 2010-cu ildən fəaliyyət göstərir. Round University Ranking dörd əsas göstərici qrupu – tədris, tədqiqat, beynəlmiləlləşmə, maliyyə dayanıqlığı üzrə universitetləri qiymətləndirir. 2025-ci il üçün RUR reytinqində ümumilikdə 1200 universitet sıralanıb. Ölkəmizdən isə 9 universitetin adı bu siyahıda yer alıb.

-Qərbi Kaspi Universiteti - dünya üzrə 934-cü, Azərbaycan üzrə 1-ci yer;

-Bakı Dövlət Universiteti - dünya üzrə 825-ci, Azərbaycan üzrə 2-ci yer;

- Azərbaycan Dövlət İqtisad Universiteti - dünya üzrə 855-ci, Azərbaycan üzrə 3-cü yer;

- Azərbaycan Universiteti - dünya üzrə 1055-ci, Azərbaycan üzrə 4-cü yer;

- Azərbaycan Memarlıq və İnşaat Universiteti - dünya üzrə 1094-cü, Azərbaycan üzrə 5-ci yer;

- Bakı Slavyan Universiteti - dünya üzrə 1098-ci, Azərbaycan üzrə 6-cı yer;

- Azərbaycan Texniki Universiteti - dünya üzrə 1126-cı, Azərbaycan üzrə 7-ci yer;

- Bakı Biznes Universiteti - Dünya üzrə 1130-cu, Azərbaycan üzrə 8-ci yer;

- Gəncə Dövlət Universiteti - dünya üzrə 1150-ci, Azərbaycan üzrə 9-cu yer.
 

шаблоны для dle 11.2

Xəbər lenti
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025