201 №-li orta məktəbin direktoru Əliyeva Afaq Asif qızı barəsində Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Övladı həmin təhsil ocağında oxuyan şikayətçi Məmmədova Miranə Gəray qızı iddia edir ki, bu məktəbdə özbaşınalıq hökm sürür.
“Mən, Məmmədova Miranə Gəray qızı, sizdən xahiş edirəm ki, 201 nömrəli məktəbdə olan problemləri işıqlandırasınız.
Belə ki, məktəbdə direktor tərəfindən tapşırılmış uşaqlara qiymət yazılır. Yəni, bir dəfə də olsun məktəbə gəlməyən şagirdlərə müəllimlər tərəfindən məcburi qiymət yazdırır. Bir valideyn kimi mənə çox maraqlıdır, hansı maraqlara görə direktor bu qədər əziyyət çəkir?
Əlimizdə olan məlumata görə, direktor bu cür qanunsuz əməllərinə etiraz edən müavinini işdən çıxarmaq üçün ona töhmət verib. Direktor əlindən gələni edir ki, öz oyunları açılmasın.
Mən bilirəm ki, belə direktorlar çox təəssüf, az deyil. Bəs, Təhsil Nazirliyi hara baxır?! Şikayət edirik, “önəmsizdir” deyib dəstəyi üstünə qoyurlar. Belə iş olar, nəyə görə uşaqlar arasında ayrı-seçkilik yaradırlar?!
Afaq Əliyeva
Hörmətli redaksiya, xahiş edirəm, mənim səsimi yuxarılara çatdırın. Direktorun gəlməyən uşaqlara qiymət yazdırdığı haqda videonu da yazıya əlavə etməyinizi xahiş edirəm”.