Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (23-12-2014, 22:07)
Uşaq bağçasının həyəti zibilliyə qərq olub - FOTO

 

Nərimanovdakı 304 saylı bağçanın həyətində bir metr də olsun təmiz sahə yoxdur

Dünən bir təsadüf nəticəsində yolum paytaxtın mərkəzi zonalarından sayılan Nərimanov rayonun Ağa Nemətulla küçəsindən düşdü. Hər qarışı, torpağı-daşı, divarları, dar və yöndəmsiz küçələri mənə doğma olan məhəllədən. Gəncliyimin böyük bir hissəsini keçirmişəm bu məhəllədə. Sevincli anlarım, şirin duyğularım, kövrək addımlarımın izləri var bu məhəllədə, dar küçələrin yollarında. Ömrümdən payız yarpağı kimi tökülüb geridə qalmış o illər bir anlığa xatırladım. Eləcə də Ağa Nemətulla küçəsi-222 ünvanda yerləşən 304 saylı uşaq bağçası və körpələr evinin indiki köhnə baxımsız binasını. Ona görə ki, sovet dövrünün ən gözəl binalarından biri idi bu uşaq bağçası. O dövrdə körpələrə və uşaqlara böyük qayğı vardı. Uşaqların sağlam böyüməsi üçün hər cür şərait yaradılmışdı. İlk öncə səliqə-sahmana, binanın və həyətin təmizliyinə, uşaqların qidalanmasına və onların istirahətinə böyük diqqət göstərilərdi.

“Həftə içi”nin məlumatına görə, 304 saylı uşaq bağçası paytaxtın ən nümunəvi uşaq müəssisələrindən biri olub. Bağçanın böyük həyəti mişardaşları ilə hər tərəfdən hasara alınmışdı. Burada uşaqların oynaması üçün oyuncaqlar, sürüşkənlər, oturacaqlar və digər əyləncə qurğuları qoyulmuşdu. Bir sözlə, bağçanın həyətində təmizlik vardı, uşaqların təmiz havada dincəlməsi üçün normal şərait qurulmuşdu. Burada çalışan tərbiyyəçilər uşaqlara həyətdə maraqlı oyunlar keçirərdilər, onları şənləndirərdilər. Bax, beləcə qayğısız, kədərsiz böyüyərdi körpələrimiz. İndi dövlətimiz uşaq bağçalarına diqqət və qayğısını əsirgəmədiyi bir vaxtda, nədənsə 304 saylı uşaq müəssisəsi həmin bu qayğılardan kənarda qalıb. İkimərtəbəli və iki korpuslu uşaq bağçasının köhnə binası artıq yararsız hala düşüb. Düzü, adam gördüklərinə inanmaq istəmir ki, belə bir şəraitdə bu cür körpələr evi fəaliyyət göstərir. Bağçanın həyətinin daş hasarları uçurdulub, dağılmış daşlar elə yerindəcə qalıb. Bu təlim-tərbiyə ocağı kənardan hansısa bir xarabalığı xatırladır.

Onu da qeyd edək ki, binanın pəncərələri sınıq-salxaqdır, hətta nəmişlikdən divarların üzlükləri ovxalanıb tökülür. Böyük bir ərazini əhatə edən bağçanın həyəti zibilliyə, natəmizliyə qərq olub. Hər tərəf məişət tullantıları ilə doludur, həyətdəki doğranmış ağacların gövdəsi və budaqları, eləcə də digər tullantılar bağçanın ərazisini tutub. Həyətdəki dağıntılar bağçanın giriş qapısına qədər çatıb. Məişət tullantıları və zibillər ərazidəcə yandırılıb. Ən qəribəsi də odur ki, binanın arxa həyətində uşaqlar üçün qurulmuş əyləncə qurğularının altında böyük bir zibil yığnağı hələ ərazidən götürülməyib. Əgər hər hansı bir azyaşlı uşaq həmin sürüşkəndə oynayarsa, sürüşüb düz yanan ocağın üstünə düşəcək.

Xoşbəxtlikdən sakitlik idi. Binanın həyətində vaxtilə salınmış oyuncaqlar, “söhbətgah” və oturacaqları yararsız hala düşüb. Ən acınacaqlısı odur ki, bağçanın arxa həyəti həm də avtomobillərin dayanacağına çevrilib. Hər yoldan keçən avtomobilini bu uşaq bağçasının həyətində saatlarla saxlayır. Bir sözlə, bu təlim-tərbiyə müəssisənin ərazisində səliqə-sahmandan danışmaq belə yersizdir.

Kazım adlı sakin uşaq bağçasının halına acıyaraq deyir ki, binanın divarları uçub-tökülür. Onun sözlərinə görə, Mənzil Kommunal İstismar Sahəsinin işçiləri az da olsa, ərazidə təmizlik işləri aparıblar. Belə ki, ağacların yana əyilmiş iri və qurumuş budaqlarını doğranıb, ərazi kol-koslardan təmizlənib: “Elektrik kabelləri köhnə olduğundan iki gündən bir bağçanın işıqları keçir. Bağcaya gələn qaz xətti köhnədir, artıq istismar müddətini çoxdan başa vurub. Qaz xətti çürüyüb, sayğac açıq havada paslı boruya birləşdirilərək asılı vəziyyətdə qalıb. Yağış suları sayğacın üstünə düşərək onu isladır”.

Həmsöhbətimiz bağçanın ətrafından keçən məhəllədaxili yolların da bərbad vəziyyətdə olmasından şikayətlənir. Onun sözlərinə görə, ərazidəki kanalizasiya xətti köhnə olduğundan tez-tez tutulur və çirkab sular lüklərdən daşaraq əraziyə axır: “Belə vəziyyətdə hər tərəfi üfunət bürüyür”.

Həmin ərazidə yaşayan digər sakinlər isə bağçanın mövcud durumundan şikayətlənərək deyirlər ki, bu təlim-tərbiyə ocağının həyət-bacasının zibilxanaya çevrilməsi onları daha çox narahat edir: “Hər tərəf məişət və digər tullantılarla dolub. Heç olmasa, bağçanın həyətini zibilliklərdən təmizləsinlər. Uşaqların oynaması və təmiz havada gəzintisi üçün bağçanın həyətində bir metr də olsun təmiz sahə yoxdur. Hər tərəfi zibil ağuşuna alıb”.

Dünən bələdiyyə seçkiləri ilə əlaqədar qeyri-iş günü olduğundan uşaq bağçasının rəhbərliyinin məsələyə münasibətini öyrənə bilmədik. Mövzuya qayıdacağıq.

Qələndər Xaçınçaylı

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024