Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (Dünən, 16:37)
​​​​“Bahar Enerji Limited” şirkətinə "DUR" deyən olacaqmı ?


media-baharr

SOCAR-da 80 faiz paya sahib olan “Bahar Enerji Limited” şirkəti illərdir ölkənin əmək qanunvericiliyini pozur və bu şirkət rəhbərliyini bir qurum cəzalandıra bilmir.

Bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı paylaşıb. O bildirib ki, bu şirkətin özbaşınalığına səbəb cəzalandırılmamasıdır...

Mövzunun aktuallığını nəzərə alıb, paylaşımı Yenixeber.org-un da oxucularının diqqətinə çatdırırıq:

“Bilirlər ki, xətirlərinə dəyən, irad tutan olmayacaq. Ona görə də illərdir ölkənin əmək qanunvericiliyini pozurlar. Şirkət rəhbərliyini də heç bir qurumun cəsarəti çatmır ki, cəzalandırsın.
“Bahar Enerji Limited”in işçiləri deyir ki, aprel ayının maaşını hələ də almayıblar. Vəziyyət biabırçı haldadır. Bu nə vaxta qədər belə davam edəcək, məlum deyil.
Məlumat verim ki, “Bahar Enerji” Əməliyyat Şirkəti ARDNŞ (20% paya malik) və “Bahar Enerji Limited” (80% paya malik) arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir.

Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş “Bahar Energy Ltd” şirkəti çıxış edir. “Bahar Enerji”nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib. “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkinsdir”.(Yenixeber.org)

Mediatv.az olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025