Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Dünən, 17:01)
Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam

 Azərbaycanda təhsilin məlum durumunu hamımız yaxşı bilirik. Orta məktəblər gözümüzün qarşısında, direktorların əməlləri, aldıqları-verdikləri məlum, ali təhsilə qəbul zamanı biabırçı qəbul balları ortada, kolleclərdəki sistemsizlik və sairə barədə nə qədər istəsəniz danışmaq olar.

Bütün bunlarla yanaşı təhsilin çox vacib bir hissəsi də var ki, bunun adı - Peşə Təhsilidir.

Yəni müasir dövrün tələblərinin birləşdiyi, bütün dünya dövlətlərinin hazırda əsas diqqət mərkəzində saxladığı, inkişafın çıxış yolu hesab olunan və Azərbaycan kimi ölkələrə hava, su kimi lazım olan peşə təhsili.

Niyə Azərbaycan kimi ölkələrə peşə təhsili daha çox lazımdır? Çünki biz qeyri neft sektorunu inkişaf etdirməliyik ki, zamanla neftdən asılılığımız azalsın, sənaye, istehsalat sahələri yaradılsın və burda işləyən bacarıqlı işçi qüvvəmiz formalaşsın. Bu qüvvə də peşə təhsili məktəblərində hazırlanmalıdır.

Dövlət son illərdə peşə təhsilinin inkişafına olmazın pulunu xərcləyir, avadanlıqlar alınır, gənclərin bu sahəyə marağını artırmağa çalışır, amma icraedici qurumlar bunu heçə endirməkdə davam edir.
Uzun müddətdir Azərbaycanda peşə təhsili sistemini, burda baş verən yaxşı və neqativləri araşdırmaqda davam edirik.

Bu günə kimi çoxlu sayda qaranlıq qalan suallara cavab axtarmaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinə saysız sorğular göndərmişik. Gec də olsa sorğulara cavab verilib.

Cavabların da hamsı peşə təhsili qanunundan, təlimatdan çıxarışlar formasında olub - "bu belədir, o da belə, təlimat bunu deyir, qanun da onu", vəssalam.

Yəni, bunu cavab hesab etmək olmaz. Çünki, faktlar kifayət qədər ciddidir və araşdırılmaq üçün əsaslar yaradır. Təbii ki, rəsmi qurumdan bundan başqa cavab gözləmək də mümkün deyil. Durub deməyəcək ki, filan peşə məktəbində filan problemimiz var. Bu gün elə bir qurum yoxdur ki, problemini etiraf etsin.

Bütün bunlara rəğmən bu araşdırmalar zamanı saysız faktlar toplanıb, bununla bağlı sistemli, ətraflı məqalələr yazılacaq.
Amma bu dəfə fərqli bir vəziyyət barədə "yol üstü" rastlaşdığımız, qısa araşdırma zamanı ortaya çıxan olduqca maraqlı bir hadisə barədə yazacam.

Çünki bu faktları insanlar, cəmiyyət bilməlidir. İnsanlar anlamalıdır ki, övladları harda, kimin nəzarəti altında və hansı şəraitdə təhsil alır. Hələ bu böyük marağın artdığı Peşə Təhsili sistemidirsə...

Beləliklə başladıq!

Bu günlərdə sosial şəbəkələrdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Vüsal Hüseynov adlı təlim ustasının bir videosu yayılıb. Videoda Vusal adlı bu şəxs açıq aşkar bildirir ki, onu işdən çıxarıblar və üstəlik intihar həddinə də çatdırıblar. İlk öncə onu deyim ki, peşə məktəblərində intihar həddinə çatdırılan xeyli sayda müəllim və təlim ustaları var və bu şəxslər artıq beziblər. Əksər peşə təhsili müəssisələrində vəziyyət eynidir. Bu barədə də gələcək məqalələrdə geniş, ətraflı və adlarla məlumat verəcəm.

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin işdən çıxarılan Vüsal Hüseynov adlı ustası videoda onu işdən çıxaran şəxsin adını çəkir - Direktor əvəzi Əlağa Kərimov...

Qısa xatırlatma edim - Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Bakıxanovda (keçmiş Razin) yerləşir. Bu Mərkəzdə baş verənlər barədə peşə təhsilində işləyənlər yaxşı xəbərdardır. Üstəlik bu barədə ölkə mətbuatında xeyli məlumatlar da yer alıb.

Qısacası, Mərkəzin əvvəlki direktoru Mətləb Hüseynov adlı şəxs, əlaltəları ilə birlikdə təhsil ocağını çapıb talayıb və iş hazırda məhkəmədə araşdırılır. Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. 2 ilə yaxındır davam edən məhkəmə çəkişməsi hələ də davam edir. Yaxın günlərdə bitməsi gözlənilir.

Elə bu səbəbdən də Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi direktorsuz qalıb. Yəni, qanuna görə, məhkəmə davam etdiyi üçün təhsil ocağına direktor təyin edilməyib və qanunla bu müddətdə edilə bilməz.

Başqa bir xatırlatma - Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin qəbulu mərkəzləşmiş imtahan və müsabiqə qaydaları ilə həyata keçirilir. Yəni, direktor, müavin olmaq üçün imtahan verməlisən.

Amma, 2025-ci ilin yanvar ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, yəqin ki, Ceyhun Kərəmov Əlağa Kərimov adlı şəxsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor səlahiyyətlərini icra edə biləcək qədər ödülləndirərək təyinat həyata keçirib. Yəni, Əlağa Kərimov dolayısı ilə imtahansız, müsabiqəsiz müvəqqəti direktor əvəzi təyin edilib.

Hansı ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2025-ci ildə direktor vəzifəsi üzrə işə qəbulun müsabiqə əsasında aparılacağı peşə təhsili müəssisələrinin və vakansiyalarının siyahısında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nə direktor, nə də direktor müavinləri postu vakant vəzifə olaraq çıxarılmayıb. Üstəlik qəbul elanı yanvar ayında verilib, nəticələr də hələ bəlli deyil.

Əlağa Kərimov da yanvar ayında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi və ya birinci müavin təyin olunub. Yəni, bu hal təsdiq edir ki, bu postlar üçün nəinki (direktor və ya müavin vəzifələrinə) imtahan verilməyib, ümumiyyətlə, post vakant olaraq çıxarılmayıb. Elə isə bu təyinatın hansı əmrlə, hansı qayda və qanuna əsaslandırılaraq verilib?

Bu barədə də daha sonra...

Hələliksə, gəlin Əlağa Kərimovun kim olduğunu, bu vəzifəyə hardan gətirildiyini və bu post üçün nə qədər təcrübəyə malik olub-olmadığını bilək.

Qısa araşdırma zamanı bəlli olur ki, Əlağa Kərimov Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri olaraq işləyib. Abşeron Binə Peşə Liseyində keçirilən tədbirlərin foto və videolarına baxdıqda bu açıq-aydın bəlli olur. Nə deməkdir dərs hissə müdiri? Bir qədər bunu aydınlaşdırım ki, qaranlıq heç nə qalmasın.

Peşə təhsili sistemində dərs hissə müdiri vəzifəsinə təyinat imtahansız həyata keçirilir və direktorun əmri ilə təsdiqlənir. Yəni bu vəzifə direktor, müavin kimi imtahan və müsabiqə tələb etmir, direktorun əmri və istəyi ilə həyata keçirilir.

Dərs hissə müdiri dərs saatlarının bölünməsinə və sair kimi işlərə nəzarət edir. Yəni, rəhbər vəzifə deyil. Əlağa Kərimov da bu posta Abşeron Binə Peşə Liseyinin direktoru tərəfindən təyin olunub. Yəni, direktor və ya müavin olaraq heç vaxt işləməyib, bu işdə təcrübəsi də yoxdur. Və nəhayət bu ilin yanvar ayında gözlənilmədən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin olunub.

Oluna bilərmi? Qanun və qaydalar buna imkan verirmi? Əgər elədirsə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçirdiyi imtahanın effektivliyi, şəffavlığı hara getdi?

Ən nəhayət, Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri işləyən Əlağa Kərimov necə oldu ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin olundu?

Elə ən böyük sual da budur...

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hər kəs danışır ki, Əlağa Kərimov bu posta Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbovun dəstəyi ilə gətirilib.

Daha bır xatırlatma: Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2018-ci ilin noyabrında sabiq Baş nazir Novruz Məmmədovun qərarı ilə təsdiqlənib. Qərara əsasən Aviasiya Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və Abşeron Binə Peşə Liseyi də bu Mərkəzə birləşdirilib.

Rəsmi mənbələrdə qeyd olunur ki, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki "Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"ni dövlət qeydiyyatına alıb. Mərkəzə də Fizuli Talıbov direktor təyin edilib. Yəni, Fizuli Talıbov hazırda bir Mərkəzin və bir neçə peşə məktəb və liseyin direktorudur. Bir sözlə, əli uzun adamdır.

Elə buna görə də, yəqin ki, F.Talıbov çalışıb ki, sahibsiz qalan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də öz nəzarətinə alsın. Görünür istəyinə çatıb da. Hələ Abşeron Binə Peşə Liseyində yayılan başqa bir məlumatda qeyd olunur ki, Əlağa Kərimovun bu posta aparılması üçün Fizuli Talıbov həmişə hər yedə adını çəkmədiyi qohumu kimi qələmə verən generaldan dəstək alıb.
Deyilənə görə, bu generalla qohum olan Fizuli Talıbov hər kəsi onunla qorxudur.

Bildirilir ki, Fizuli Talıbov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Arzu Rəhimovla qudadır və bütün gücü, dəstəyi də guya ondan alır.

Ən nəhayət, peşə təhsili Məkrəzlərinin koridorlarında pıçıltı ilə eşidilən məlumata görə, Əlağa Kərimovun Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə əvvəlcə direktor əvəzi, daha sonra direktor təyinatı üçün "təşəkkür" də edilib.

Yəqin ki, hörmətli, gənc kadr Ceyhun Kərəmov buna aydınlıq gətirəcək və səslənən iddialara hansısa cavabı olacaq. Gənc və perespektivli kadrlar haqqında belə iddiaların səslənməsi həqiqətən də ürəkaçan deyil. Amma ortada olan hallar, imtahansız təyinat açıq qalmış müəmmalar kimi görünür, pıçıltılar üçün əsas yaradır.

Təəssüflər olsun ki, belə söz-söhbətlər danışılır və aidiyyatı qurumlar buna cavab vermək əvəzinə bəzən susmağa üstünlük verirlər.

Başqa bir maraqlı nüansı da qeyd edək.

Sosial şəbəkə platformalarında Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbov barədə çoxsaylı xoşagəlməyən fikirlərə də rast gəlinir.

"Youtube" platformasında onlarla video və narazı insanlar onun insanları necə işdən çıxartdığını, kimlərlə və necə qorxutduğunu açıq aydın danışırlar, kömək istəyirlər. Hər kəs bu sualı verir - bir təhsil Məktəzinin direktoru haqqında səslənən fikirlər, onun əməlləri, narazı insanların müraciətləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tərəfindən niyə araşdırılmır

Həqiqətənmi, qurum rəhbəri bu faktları, şikayətləri görmür?
Bu zaman suallar da yaranır, həqiqətənmi bir neçə ildir Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işləyən Ceyhun Kərəmov Peşə Təhsili Mərkəzlərinə bacarıqlı, təcrübəli kard formalaşdıra bilməyib?
O qədər təcrübəli, bu sahəni bilər, illərini bu sahəyə qoyan peşəkarları niyə yola salıb, narazı qoyub uzaqlaşdırıblar?

Peşə Mərkəzlərinin "Facebook" səhifələrinə diqqət etdikdə onların necə idarə olunduğu, direktorların hansı təcrübəyə malik olduqları açıq aydın görünür.

Təsəvvür edin, Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Abşeron Binə Peşə Liseyinin sosial şəbəkə platformalarında onlarla tədbir videosu var, amma heç birində Mərkəz rəhbəri Fizuli Talıbovun səsi gəlmir. Bir kəlmə belə danışmır.

Videolardan birində görünür ki, hər səhər tələbələr sıra düzülüşündə hərbi müəllimin "düzlən, fərəqət, azad" komandası ilə salamlaşır. Sırada da qadın müəllimlər, təlim ustaları dayanır. Onlar da bu hərəkətləri təkrarlamaq zorundadır. Abşeron Binə Peşə Liseyi hərbi təmayülli məktəbdir, yoxsa texniki lisey?

İndi bu məktəbin dərs hissə müdiri olmuş Əlağa Kərimovu imtahansız, olduqca böyük Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edib "düzlən, fərəqət, azad" əmrlərini buramı daşımaqmı istəyirsiz? Budurmu, sizin uğurlu Peşə siyasətiniz, Ceyhun Kərəmov? Bu kadrlarla peşəkar peşəçilər hazırlamaq istəyirsiz? Açığı deyim, mümkün deyil...

Məlumata görə, imthanlardan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun əmri ilə imtahan verməyən Əlağa Kərimov Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyinatı gözlənilir.

Bununla da onsuz da illərdir şübhə ilə yanaşılan "imtahan"lar məsələsinə son nöqtə qoyulacaq! İmtahansız direktor təyinatı varsa, deməli, imtahan daha lazım deyil...
Nə deyək, bazar olsun!

Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025