Sosial / Slayd (23-12-2014, 19:21)
"Şərurlu İsfəndiyar" vətəndaşlara necə "divan tutur"? - NARAZILIQ
"İsfəndiyar Axundovun göstərişinə əsasən vətəndaşlardan qanunsuz yolla komunal xərclər təzyiqlə alınır"
“Şərur” MTK-nın sədri İsfəndiyar Axundov Yeni Yasamal-2 M.Xiyabani 200 ünvanında inşa etdiyi binanın sakinlərini intihar həddinə çatdırıb.
Bu barədə jurnalist Həsən Babayev açıqlamasında bildirib.
Onun sözlərinə sakinlərin narazılıqlarını dəfələrlə mətbuatda işıqlandırdığı üçün hətta İsfəndiyar Axundovun göstərişi ilə kirayə yaşadığı binanın komendantı tərəfindən təzyiqə də məruz qalıb: "Bina sakinlərinin elektrik sayğacları bir otağa yığılıb, açarı da komendantda olur. İstədikləri formada ünvanlara elektrik borcu yazırlar. Həmin sayğacların ümumiyyətlə, istismara yararlı olub-olması barədə belə sakinlər xəbərsizdirlər. Aylıq 150-200manat hətta bundan da artıq işıq pulu ödəyir camaat. Heç istehsalatla məşğul olan şirkətlər belə aylıq kommersiya qiyməti ilə bu qədər pul ödəmirlər. Bu da birbaşa İsfəndiyar Axundovun göstərişi ilə həyata keçirilir. Kim narazılıq edir, bir kəlmə deyirlər: "bizlik deyil". Açıq şəkildə insanlar narazı salınır. "Şərur" MTK-nın insanları bu şəkildə əzməsi ilə bağlı dəfələrlə yazılar yazıb ictimailəşdirdiyim üçün komendat mənə təzyiq edib".
H.Babayev qeyd edib ki, aylıq yığılan pulların məsrəf olunduğu ünvan bəlli deyil və insanlar öz ciblərinin pulu ilə yol çəkiblər: "Camaat uzun müddət dava-dalaşdan sonra ciblərinin pulu ilə binanın yolunu düzəltdilər.
Sakinlərdən aylıq pul yığılır, amma bilinmir hara, kimə xərclənir? Bütün kommunal ödənişlər qeyri-qanuni yolllarla yığılır. Pulu verməyinin işığı kəsilir. Uzun müddətdir binaya qaz çəkilib, sayğac quraşdırılıb. Bu vaxta qədər binaya qaz verilmir. Suyun pulunu insanlardan kommersiya qiyməti ilə alırlar. İnsanlar dəfələrlə İsfəndiyar Axundovla görüşüb, bu problemi həll etməsini xahiş ediblər. Hər dəfə camaatın başının altına yastıq qoyublar. Bu, bir daha sübut edir ki, problemlərin həll olunmamasında İsfəndiyar şəxsən maraqlıdır. Bu şəkildə insanları incitməklə narazı kütlə yaratmaq onun hansı qaranlıq məqsədlərə xidmət etdiyinin göstəricisidir. Ölkə başçısı hər dəfə çıxışlarında məmurlara vətəndaşları incitməmələləri, onların hüquqlarını pozmamaları ilə bağlı tapşırıq verir. Şirkət rəhbərinin vətəndaşlara belə divan tutmağının səbəblərini isə yəqin ki, müvafiq strukturlar araşdıracaq".
Qeyd edək ki, haqqında söhbət gedən bina "Muray" MMC tərəfindən tikilsə də, şirkət vətəndaşları aldadandan sonra insanların aksiya keçirib. Onlar narazılıq edəndən sonra bina Şərur MTK tərəfindən tamamlanaraq vətəndaşlara təqim olunsa da, tam olaraq təhvil verilməyib.
Turan/Aktual.az