Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-04-2021, 17:44)
Arif Qasımova məxsus “Neolit” şadlıq sarayının inzibatçısı həbs edilib

 


Bir neçə gün öncə “Neolit” şadlıq sarayında karantin rejimini pozaraq toy məclisi keçirilməsi ilə bağlı restoranın inzibatçısı 10 sutka həbs edilib.

Mediatv.az  xəbər verir ki, Nizami RPİ-25-ci Polis Şöbəsinin tərtib etdiyi protokola aprelin 3-də rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb. İnzibatçı Qarayev Fuad Hafiz oğlu “Neolit” şadlıq sarayında toy mərasiminin keçirilməsinə şərait yaradaraq xüsusi karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilib.

Məlumatlara görə,  "Neolit" restoranının sahiblərindən biri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovdur. Arif Qasımovun qaynı İsrafil isə həmin restorana rəhbərlik edən şəxsdir.

Qeyd edək ki, bir müddət "Neolit” iki şəxsə məxsus olub. Və şəriklər arasında hər zaman narazılıqların olması barədə mətbuatda tez-tez məlumatlar yayılıb.

Hətta bir neçə il il əvvəl şəriklər arasında silahlı münaqişə olduğu barədə informasiyalar dərc olunmuşdu. Bir qədər sonra isə şəriklərdən birinin restoranı yandırması haqda xəbər tirajlandı.

Görünür, bu münaqişələr sonucda şəriklərin birinin saraydan əl çəkməsi ilə nəticələnib. Və həmin adam öz payını Arif Qasımova satıb.

Mənbə unikal.org


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 06 2021 10:27
15 06 2021 10:12
15 06 2021 09:57
15 06 2021 09:43
15 06 2021 09:30
15 06 2021 09:27
15 06 2021 09:12
14 06 2021 23:12
14 06 2021 22:50
14 06 2021 22:30
14 06 2021 22:16
14 06 2021 21:45
14 06 2021 21:17
14 06 2021 20:53
14 06 2021 20:20
14 06 2021 20:03
14 06 2021 19:31
14 06 2021 19:14
14 06 2021 18:52
14 06 2021 18:29
14 06 2021 18:05
14 06 2021 17:58
14 06 2021 17:39
14 06 2021 17:09
14 06 2021 17:01
14 06 2021 16:40
14 06 2021 16:24
14 06 2021 15:48
14 06 2021 15:28
14 06 2021 15:10

{sape_links}{sape_article}