Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-02-2014, 13:39)
Ərköyün və narkoman...

 

Xuraman Hüseynzadə 

Ərşadın həbs müddəti bitdi. Qayıtdı, gəldi. Ata mülkünü satdı. Bar verməkdən yorulmayan qos-qoca meyvə bağlarını, məhlədə görməyə adət etdiyimiz ikimərtəbəli, dam örtüyü mamırlı daş evlərini verdilər buldozerə. Yerinə müasir tələblərə cavab verən bir villa tikdilər. Ayağımızın yer, dilimizin söz tutmasına şahidlik edən uşaqlıq xatirələrimizin bu bir parça daş yaddaşı yerlə yeksan oldu. “Fərsiz oğul neylər ata malını” sualını veriblər. Ərşadı gördüm, bu suala yenə cavab tapa bilmədim.
Ərşad tutulanda hamı günahı atası Yunis kişidə gördü. Kiçik oğlunu çox əzizləyirdi. Ərşad narkotika almaq üçün pul istəyəndə evdə qab-qacaq qalmırdı. Çığır-bağırın, dava-dalaşın ertəsi günü anası Sədaqət xala, avadı Gültəkin gözlərinin altı qapqara, atası Yunis dayı üz-gözü yaralı, yaxud qolu sarıqlı vəziyyətdə çıxırdı məhləyə. Səbəbini soruşan olmazdı. Məlum idi. Bununla belə, bədbəxt ata oğlunu tərifləməkdən yorulmazdı. Bir mənfi cəhətini dedikdə gülünc arqumentlərlə özünü ağlamalı vəziyyətə qoyurdu kişi. 6-7 il öncəki dialoqumuzu xatırlayıram:   
- Yunis dayı, oğlunuz Ərşad niyə bir ictimai əməklə məşğul olmur? Ailə-uşağı var axı, onları necə saxlayır bəs? Elə nə vaxt baxırsan, tində tum çırtlayır, çayxanalardan yığışmır.
- Nolsun ki? Gör heç toylarda Ərşad kimi oynayan var? Zalımın oğlu deyirsən, od parçasıdır. Oynayanda ayaqları da görsənmir...
Yunis dayı oğlunun bu lazımsız məharətlərindən ağızdolusu elə danışırdı ki, elə bil, Avropada təhsil alıb, elmi dərəcəsi var, böyük vəzifə sahibidir...
Bir gün Ərşad məhlənin yeniyetmələrini zəhərləyərkən-narkotika satarkən tutuldu. Bir az keçdi, atası Yunis öldü. Anası iflic olub yorğan-döşəyə düşdü. Arvadı uşaqlarını da götürüb getdi atası evinə.
İndi Ərşadı adam yerinə qoyub heç toylara da dəvət eləmirlər. Yəqin ki, indi oynamağı da yadırğayıb. Bəlkə də 6-7 il öncəki enerjisi tükənib, oynayanda ayaqları görsənir...
Ərşad satdı ata mülkünü. Deyirlər hardasa kirayədə qalır. Evin pulunu yığıb başının altına bala-bala yeyir. Pul qurtarandan sonra nə edəcək, bilinmir... 
Hə, bir də deyirlər, ağzını açanda atasının goruna söyür... 
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024