Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (2-09-2014, 14:50)
“Lotu Quli” iki azərbaycanlıya skaypla tac verdi

Bu yaxınlarda Türkiyədə oğru dünyasının böyük “sxodka”sı keçirilib və orada eyni vaxtda iki azərbaycanlıya “qanuni oğru” (“vor v zakone”) titulu verilib

 

Virtualaz.org saytı Rusiyanın “Praym kraym” portalına istinadən xəbər verir ki, bu tacqoyma mərasimi kriminal aləmdə “Lotu Quli” kimi məşhur olan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun ad günü münasibətilə təşkil olunub.
Qonaqları “Lotu Quli”nin ad günü tədbirinə onun kiçik qardaşı Namiq Səlifov dəvət edib. 1996-cı ildən indiyədək Bakının 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Lotu Quli” isə təbrikləri skayp vasitəsilə qəbul edib.
“Lotu Quli”nin təklifinə əsasən onun yaxın ətrafına daxil olan iki nəfərə - Rafət Əlibayramlinski və Ceyhun Gəncinskiyə “qanuni oğru” titulu verilib. Xəbərdə deyilir ki, böyük “oğru yığıncağı”nın iştirakçılarının çoxu Nadir Səlifovla münasibətlərini korlamamaq üçün buna etiraz etməyiblər və “yeni qardaşlar”la bağlı qərarı qəbul ediblər. Amma onlar tacqoymada iştirak da etməyiblər.

 

Məlumatda o da deyilir ki, Rafət Əlibayramlinski və Ceyhun Gəncinskiyə “qanuni oğru” adı verilməsi bilavasitə “Lotu Quli”nin təklifi əsasında, habelə onun qardaşı Namiq Səlifovun, Arif Sumqayıtskinin (Arif Mehdiyev), Yunus Yasamalskinin (Yunus Nəzərov), gürcü “qanuni oğrular” Merab Pipiya, Qoçi Rustavski və Qaqralı Nikinin xeyir-duası ilə baş tutub. Qaqaralı Niki öz razılığını telefon vasitəsilə çatdırıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024