Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (28-03-2020, 14:37)
Həmvətənlərimizi Polşadan Azərbaycana gətirən təyyarədə nasazlıq yarandı - RƏSMİ

 Heydər Əliyev Beynəlxalq Aeroportu 27 mart tarixində Polşanın “LOT” aviaşirkəti tərəfindən Azərbaycana yerinə yetirilən çarter reysi ilə əlaqədar bir sıra məlumatlara aydınlıq gətirib.
“AZAL”dan verilən məlumatda bildirilir ki, 90 sərnişinlə (hamısı Azərbaycan vətəndaşıdır) Varşava-Lənkəran marşrutu üzrə hərəkət edən “LOT” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəblərdən çıxış hava limanına qayıtmaq barədə qərar qəbul edib.
“LOT” aviaşirkətinin hava gəmisi əvəz edildikdən sonra Varşavadan yola düşüb və yerli vaxtla saat 22:25-də Lənkəran hava limanına enib. Hava gəmisi ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib.
Sərnişinlər Lənkəranda düşürüldükdən sonra təyyarə Bakıya uçuş yerinə yetirib və 28 mart tarixində Bakı vaxtı ilə saat 02:20-də 19 sərnişinlə (hamısı Polşa vətəndaşıdır) Varşavaya yola düşüb.
“Azərbaycan Hava Yolları” QSC kütləvi informasiya vasitələrini və ölkə vətəndaşlarını yalnız rəsmi mənbələrdən daxil olan yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025