Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (25-02-2020, 10:01)
17-ci “kolon”un məhbusu ədliyyə nazirinə Açıq Müraciət ünvanladı

 

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Eminov Neyman Bayram oğlu “Mediatv.az” redaksiyasına müraciət edərək, ədliyyə naziri cənab Fikrət Məmmədova ünvanladığı Açıq Müraciətnaməni dərc etməyimizi xahiş edib:
“Hörmətli Fikrət müəllim!
Məhkumluq həyatı yaşayan Azərbaycan vətəndaşı olaraq təsdiqləyirəm ki, ədliyyə sistemində aparılan islahatlar Ədliyyə Nazirliyininin Penitensiar Xidmətindən də yan keçməyib. İstər təminat, istər cəzaçəkmə müəssisələrinin maddi-texniki bazası və vəziyyəti baxımından, istər məhkumların yaşayış yeri ilə bağlı, istər səhiyyə xidmətlərinə çıxışla bağlı, rejim yerinin dəyişdirilməsi ilə bağlı, şərti azadlıqdan məhrumetmə ilə bağlı çox işlər görülüb.
Amma bəzi cəzaçəkmə müəssisələrində nöqsan və neqativ hallara rast gəlinməkdədir. Mənim cəza çəkdiyim 17 saylı penitensiar müəssisədə qarşılaşdığım əsas nöqsan Ədliyyə Nazirliyinə, Penitensiar Xidmət rəhbərliyinə və Ombudsmana yazdığım, mənim onlar tərəfindən qəbul edilməyim barədə xahişimi ehtiva edən müraciətnaməmin adresatlara göndərilməsinin əngəllənməsidir. Əks təqdirdə bu sözlərimi ənənəvi üsulla, əni, zərfin içindən çıxan məktubdan oxuyardınız, daha onları Sizə kütləvi informasiya vasitəsi üzərindən çatdırmağıma lüzum qalmazdı.
Məlum edirəm ki, hal-hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsinin məzuniyyətdə olan rəisini əvəz edən cənab Vüsal Əliyev və şöbə rəisi Nicat İsmayılov deyirlər ki, Penitensiar Xidmətin rəisi cənab Ceyhun Həsənov məhkumların məktublarının yuxarı instansiyalara göndərilməsinə icazə vermir və məni tez-tez incidirlər.Mən isə buna inanmıram.Hətta rejim rəisi tərəfindən bu yaxınlarda döyülmişəm. Odur ki, Sizdən xahiş edirəm, mənim Penitensiar Xidmət rəhbərliyini təmsil edən vəzifəli şəxslə görüşümün təşkili üçün göstəriş verəsiniz və ünvanladığım məktubların aidiyyatı təşkilata çatdırılmasına köməklik gösdərəsiniz.
Neyman Bayram oğlu Eminov, ƏN PX-nin 17 saylı CÇM-nin məhbusu
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025