Cəmiyyət (21-11-2019, 23:34)
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür!
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı 11 noyabr 2000-ci il tarixli sərəncamla ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Ölkəmizdə aparılan hüquqi islahatların tərkib hissəsi kimi, Ədliyyə Nazirliyində də son illərdə köklü islahatlar aparılmış, nazirliyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində əsaslı tədbirlər görülmüşdür.
Ədliyyə sistemində aparılan islahatlar Ədliyyə Nazirliyininin Penitensiar Xidmətindən də yan keçməyib. İstər təminat, istər cəzaçəkmə müəssisələrinin maddi-texniki bazası və vəziyyəti baxımından, istər məhkumların yaşayış yeri ilə bağlı, istər səhiyyə xidmətlərinə çıxışla bağlı, rejim yerinin dəyişdirilməsi ilə bağlı, şərti azadlıqdan məhrumetmə ilə bağlı çox işlər görülüb. Məhkumlar arasında ümumiyyətlə ölüm, o cümlədən, vərəmli xəstələrin ölümü halları on dəfələrlə azalıb. Digər tərəfdən, məhkumların ətraf mühitlə bağlı, onların yaxın qohumları ilə əlaqə saxlamaq problemləri həllini tapıb. Məhkumlarla cinayətin rejim növündən asılı olaraq uzunmüddətli görüş saatları artırılıb. Eyni zamanda, yeni cəzaçəkmə müəssisələri tikilib, bəziləri tikilməkdə davam edir. Müəssisələr Avropa standartlarına uyğunlaşdırılıb. Adambaşına düşən sahə genişləndirilib, Nazirlər Kabineti tərəfindən məhkumların qida rasionunda, geyimlə təmin edilməsi məsələsində də mühüm dəyişikliklər edilib. Xüsusilə vaxtından əvvəl şərti azadlığa buraxılmağın tətbiqi ilə əlaqədar çox əhəmiyyətli irəliləyişlər baş verib.
Ölkə Prezidentinin Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin müasirləşdirilməsi, həbs qətimkan tədbiri, cinayət prosessual məcburetmə tədbirlərinin optimallaşdırılması ilə bağlı verdiyi sərəncamlar əhəmiyyətli dərəcədə cəzaçəkmə sisteminin mahiyyətinə təsir edib. Yeni probasiya sisteminin yaradılması inqilabi dəyişikliklərə gətirib çıxaracaq. Məhkumların əməyə cəlb edilməsi, istilik sistemlərinin quraşdırılması ilə bağlı işlər görülür. Bəzi müəssisələrə qaz verilməsi məsələsindəki çətinliklər həllini tapıb.
Penitensiar Xidmətdə aparılan işlər prezident İlham Əliyevin cəzanın humanistləşdirilməsi siyasətinin icrasının tərkib hissəsi olaraq, birbaşa ədliyyə naziri cənab Fikrət Məmmədovun nəzarəti və Xidmət rəisi, general - mayor Ceyhun Həsənovun rəhbərliyi ilə həyata keçirilir. Sistemin fəaliyyətinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər çərçivəsində Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində də məhkumların ailə üzvləri, yaxınları ilə görüşlərin həyata keçirilməsi üçün şərait yaxşılaşdırılıb, mövcud olan çətinliklər aradan qaldırılıb. Məhkumlarla görüşə gələn, sovqat gətirən vətəndaşların rahatlığı təmin olunub. Müəssisə rəisi ədliyyə mayoru Vüsal Aslanovun tapşırığına əsasən, məhkumlara baş çəkməyə körpə uşaqla gələnlərə olduqca həssas yanaşılır, onlar görüşə növbədənkənar buraxılırlar. Müəssisənin yataqxanaları, cərimə təcridxanası, tibb-sanitar hissəsi, yeməkxana, mətbəx və digər obyektləri, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı ilə bağlı vəziyyət razılıq doğurur. Məhkumlar müəssisə əməkdaşlarının onlarla rəftarından və saxlanma şəraitindən narazılıq etmirlər.
Sonda bütün ədliyyə işçilərini, o cümlədən, başda cənab Vüsal Aslanov olmaqla, 17 saylı CÇM-nin bütün şəxsi heyətini 22 noyabr peşə bayramı münasibətilə təbrik edir, onlara xidməti işlərində böyük nailiyyətlər, möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm.
Məhbus Neyman Bayram oğlu Eminov
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024