Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (16-10-2019, 10:45)
İCRA MƏMURLARININ HƏRƏKƏTSİZLİYİ AİLƏ MÜBAHİSƏSİNİ FACİƏYƏ ÇEVİRİR

 
XVII əsr ispan mütəfəkkiri Baltasar Qrasian özünün "Kamillik elmi" fəlsəfi traktatında yazıb ki, ictimai və ya ailə dənizi coşanda ağıllı adam etibarlı limanda gizlənməli, gözləməlidir: "Kiçik gölməçələr hətta küləkdən bulanırlar, onların durulması sənin səyindən asılı deyil, onlara əl dəyməyib kənara çəkilməyinlə bağlıdır. Məişətdə ab-hava pisləşəndə, ən yaxşısı ələrini yanına salıb tufanın keçməsini gözləməkdir, hər şey öz-özünə sakitləşəcək". Amma bəzən əksinə də olur, ailə kimi kiçik cəmiyyətlərdə də mərdi qova-qova namərd edirlər. Ailə başçısı hamının ehtiyacını ödəməklə işini bitmiş hesab edib "hər xırda məsələyə" vaxtında müdaxilə etməyəndə kiçik maraqlar nəhayət, ehtiraslar fırtınasına çevrilir, nəzarətdən çıxır. Şikayətini redaksiyamıza bildirən Əsgərov Nizami Hampoy oğlu da qayğıkeş ailə başçısı, nəvazişkar ata olub. Ailə üzvlərinə qarşı sərtlik göstərməyib. Ona görə də mülayim münasibətlər nəticəsində qütbləşmələr dərinləşib, vaxtilə yaxın, doğma olan adamlar indi mübahisələrini məhkəmə müstəvisində çözmək məcburiyyətində qalıblar.Nizami Əsgərovun Mediatv.az saytının redaksiyasına müraciəti əsasında saytımızda məqalə dərc olunmuşdur. Oxucularımız sırasına yeni qoşulanlara Nizami Əsgərovun şikayətinin məğzini açıqlamaq üçün həmin məqalələrdən bəzi sitatların altını cızırıq:"30.11.2015-ci il tarixdə Nizami Əsgərovun keçmiş həyat yoldaşı Əsgərova Hava Musa qızı və övladı Yaqubova Minurə Nizami qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 106 saylı ünvanda yerləşən 179,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin üstündə və 22 saylı mağazaya bitişik ümumi sahəsi 47 kv.m olan qanunsuz tikilinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Əsgərov Nizami Hampoy oğlu əlavə cavabdeh qismində işə cəlb edilmişdir... Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçıların cavabdehə qarşı "qanunsuz tikilinin sökülməsi"tələbinə dair iddiası rədd edilmişdir... Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qərarı ilə Əsgərova Hava Musa qızının şikayəti qismən təmin edilmiş, iş üzrə Nizami rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi Əsgərova Hava Musa qızının iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, mübahisəli tikilinin cavabdehin hesabına sökülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır... Həmin qətnamədən Nizami Əsgərov tərəfindən verilmiş kassasiya şikayəti əsasında qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilmişdir... Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır... Uzun sürən məhkəmə çəkişmələrindən sonra cavabdehlərin kassasiya şikayətini qəbul edən Ali Məhkəmənin Mülki Kollegiyası 08 avqust 2018-ci il tarixli qərarı ilə sözügedən mübahisəli tikilinin Əsgərov Nizami Hampoy oğlunun hesabına sökülməsi tələbinə dair iddianı təmin edilmişdir...Məhkəmə qərarlarının icrası Nizami rayon şöbəsi İSƏ məhkəmənin qərarını tam icra etmirlər."Maraqlı bir məqamı da qeyd etmişdik ki, iddiaçı Əsgərova Hava Musa qızı cavabdeh Əsgərov Nizami Hampoy oğlu ilə əvvəllər ər-arvad münasibətində olmuş və boşanana qədər mübahisəli tikilini birgə istifadə etmişlər. Mübahisəli tikili (artırma) alt və üst hissədən ibarətdir. Ali Məhkəmənin qərarını icra edən məhkəmə icraçıları qanunsuz inşa edilmiş tikilinin Əsgərov Nizami Hampoy oğluna aid olan üst hissəsinin sökülməsini təmin etmiş, Əsgərova Hava Musa qızına aid olan alt hissəsini isə toxunmadan saxlamışlar. Onu da qeyd edək ki, artrırmanın alt hissəsində iddiaçı tərəfindən giriş-çıxış üçün nə az-nə çox, 5 qapı qoyulmuşdur. Bu isə ümumilikdə binanın yüksaxlayıcı konstruksiyasına xələl gətirir. Aydın məsələdir ki, söküntü prosesi altdan deyil, üstdən başlamalıdır. Amma söküntünün axıra çatdırılmadan dayandırılması, məhkəmə qərarının icrasının yarımçıq saxlanılması və Əsgərova Hava Musa qızının həmin tikilidən əminliklə kommersiya məqsədilə istifadəyə davam etməsi ikincinin icraçılarla sövdələşməsindən şübhələnməyə əsas verirdi.Sayt olaraq apardığımız araşdırmalardan və Nizami Əsgərovun sonradan verdiyi məlumatlardan məlum olmuşdu ki,  Əsgərovların qohum olduqları şəxs - ailənin yeznəsi, qızlardan Minarənin həyat yoldaşı,  Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsində yüksək vəzifə tutan Yaqubov Yusif Rəsul oğlu qaynanasının tərəfini saxlayaraq məhkəmə qərarının icrasının gedişatına müdaxilə edir, əlaqələrindən və nüfuzundan isdifadə edərək məhkəmə qərarının tam icra olunmasına imkan vermir.Bu günlərdə Nizami Əsgərov redaksiyamıza məlumat vermişdir ki, qızlarından Sadıqova Nailə Nizami qızı onu yenidən məyus etmişdir. Nailə Sadıqova Nərimanov rayonunda yerləşən mənzilinin təmir xərclərinin də Nizami Əsgərovdan tutulması üçün məhkəməyə müraciət etmişdir. Nərimanov rayon məhkəməsi bu iş üzrə Naiənin iddiasını icraata qəbul etməmişdir. Lakin Nailə Sadıqova Nərimanov məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir.Ortada Nizami Əsgərovun yaxşı ata, Nailə Sadıqovanınsa "ədalətsiz" vərəsə olmasına dəlalət edən bir fakt da var: Nailə Sadıqovanın üstündə dava açdığı mənzili ona Nizami Əsgərovun Mediatv.az-a bildirdiyinə görə 16 il əvvəl, yəni, Nailənin 15 yaşı olanda atası alıb bağışlamışdırшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024