Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-10-2019, 13:42)
“İnşaat konstruksiyaları” MMC-nin rəhbərliyi sakinlərdən rüşvət tələb edir?

 












Mediatv.az-ın redaksiyasına müraciət edən Əzizağa Səmədov adlı şəxs “İnşaat konstruksiyaları” MMC-nin Yasamal rayonu ərazisində inşa etdiyi binadan mənzil aldığını bildirir.Əzizağa Səmədov“İnşaat konstruksiyaları” MMC-nin rəhbərliyinin sayğaclar üşün hər sakindən min manat rüşvət tələb etməsindən gileylənir.Şikayətçi yazır:“İnşaat konstruksiyaları” MMC bir əldə on beş qarpız tutub. Şirkət eyni vaxtda Bakının Yasamal, Pirallahı, Nəsimi rayonlarında bir neçə yüksəkmərtəbəli bina inşa edir. Əksəriyyəti də yarımçıq. Həmin binalardan biri də Yasamal rayonu İ.Zülalov 19 ünvanında inşa edilməkdədir. MMC-nin tikinti nəhənginə çevrilməsinə sözümüz yox, amma şirkətin üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməsi sakinlərin haqlı narazılığına səbəb olub. Məsələn, MMC rəhbərliyi İ.Zülalov küçəsindəki binanı 2018-ci ildə təhvil verilməsinə söz versə də, 2019-cu ilin başa şatmasına az qalmasına baxmayaraq, hələ də yekunlaşdırılma işi aparılmayıb. Hər dəfə ayın sonunda binanın təhvil veriləcəyi deyilsə də, söz əməli işə çevrilmir. Nəhayət, müştərilərin ciddi narazılığından sonra MMC rəhbərliyi vədini bir daha təkrarlayıb. Bildrib ki, binanını təhvil vermək istəyirlər, ancaq bir az əlavə pul lazımdır. Yəni ki, hər mənzilin sahibi min manat əlavə pul verməlidir ki, mənzillərə sayğac quraşdırılsın. Əks halda, binaya qaz, işıq, su verilməyəcək. MMC rəhbərliyi həmin rüşvətin Azərsu, Azəriqaz, Azərişıq MMC-lər tərəfindən tələb edildiyini bildirir. Qeyd edək ki, binanada mənzil gözləyənlər təxminən bir il-iki il öncə müqavilə üzrə bütün borclarını ödəyiblər. Həmin ödənişdə qaz, işıq, su sayğaclarının quraşdırılması da nəzərdə tutulub. Belə çıxır ki, ya “İnşaat konstruksiyaları” MMC müştəriləri ələ salır, ya da Azərisu, Azərişıq, Azəriqaz MMC-nin əməkdaşları köhnə adətlərindən əl çəkməyibər.                                                                   шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024