Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-06-2016, 15:29)
Hidrometeorologiya Departamentinin fəaliyyətində ciddi nöqsanlar var

Xəlil Ramazanovun rəhbərliyə gəlişindən sonra departamentin fəaliyyəti bərbad hala düşüb

 
Bu günlərdə redaksiyamıza Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Xəlil Ramazanovun fəaliyyətində müşahidə olunan nöqsanlar barədə bəzi açıqlamalar daxil olub. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Nazirliyin 2002-ci il 30 dekabr tarixli 2633/ü nömrəli Əmri ilə çevrilmə şəklində yenidən təşkil edilmiş və Nazirliyin Milli Hidrometeorologiya Departamenti adlandırılmışdır. Departanment Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində hidrometeoroloji şərait və iqlim xüsusiyyətləri üzərində müşahidələr aparan, onların təhlilini və proqnozlaşdırılmasını həyata keçirən, bu sahədə milli və beynəlxalq tələbatın ödənilməsi üçün hidrometeoroloji xidmətləri həyata keçirən orqandır. Departament, onun qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq əhalini, idarə, müəssisə və təşkilatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada hidrometeoroloji məlumatlarla, təhlükəli atmosfer hadisələri haqqında xəbərdarlıqlarla, meteoroloji və aqrometeoroloji proqnozlarla, iqlim xarakteristikaları, səth sularının hidroloji recimi, Xəzər dənizinin hidrometeoroloji xüsusiyyətləri haqqında məlumatlarla təmin edilməsi, hidrometeoroloji məlumatların operativ olaraq yığılmasını, yoxlanmasını, təhlil edilməsini, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada yerli, regional və beynəlxalq təşkilatlara yayımlanması və bir çox digər funksiyaları yerinə yetirir.
 
Lakin daxil olan məlumatlarda vurğulanır ki, departamentin direktor əvəzi hazırki vəzifədə nazirin etimadını heç cür doğrulda bilmir: Belə olmasaydı hörmətli nazir onu department rəhbərliyinə təsdiq edərdi. Halbuki 3 ildir ki, bu adam direktoru əvəz eləyir. Mənbə iddia edir ki, məhz Xəlil Ramazanovun rəhbərliyə gəlişindən sonra departamentin fəaliyyəti bərbad hala düşüb. Qurumun səlahiyyətinə aid olan məsələlərin həyata keçirilməsində nöqsanlar müşahidə edilməkdədir. Belə ki, hidrometeoroloji müşahidələrin təşkili, aparılması, proqnozlar və xəbərdarlıqların hazırlanması, o cümlədən respublika ərazisinin hidrometeoroloji rejiminin və iqlim xüsususiyyətlərinin öyrənilməsi sahəsində vəziyyət ürəkaçan deyil. Departament direktoru ətrafına bu sahədən kifayət qədər anlayışı olmayan təcrübəsiz şəxsləri yığıb. Buna görə də departamentə tabe olan şöbələrdə acınacaqlı vəziyyət hökm sürür. Departamentdə qeyri-ixtisas sahibləri məhz Xəlil müəllimin direktorluğu vaxtında çoxalıb. Hətta bəzi ehtimallara görə, proqnozlar bürosunun keçmiş rəhbəri, yüksək ixtisaslı Umayra xanım da Xəlil müəllimin qeri-qanuni əməllərinə dözməyərək işindən istefa verib. Daxil olan məlumatda deyilir ki, Xəlil Ramazanov departamentin baş mühasibi İlqar Hacıyevlə birlikdə qanunsuz əməllərə yol verir. Departament rayon və bölgələrdə yerləşən stansiyalarında isə, "ölü canlar”ın mövcud olması barədəiddialar irəli sürülür. Yalnız adları işdə olan "əməkdaşların” maaş kartları isə, İlqar Hacıyevin otağında saxlanır. Həmçinin aldığımız açıqlamalarda departamentin keçirdiyi tender maxinasiyaları haqqında konkret fikirlər yer alır. Qeyd edək ki, Xəlil Ramazanov 1981-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Meşə Texniki Akademiyasını bitirib. Bu xüsusda təqdim olunan açıqlamada isə, Xəlil Ramazanovun ali təhsil haqqında sənədinin də saxta olmasına dair iddia ortaya qoyulur...
 
Qarşı tərəfin də mövqeini öyrənməyə hazırıq.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025