Sosial (23-03-2019, 19:00)
Bakıda güclü külək olacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan Mediatv.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti təşkil edəcək.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 25-də yarımadanın bəzi yerlərində arabir 30 m/s. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti təşkil edəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025