Sosial (25-02-2019, 19:23)
XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ABŞERON RAYONUNDA YAD EDİLDİ

Tədbirlər proqramının davamı olaraq bu gün Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində keçirilən Xocalı soyqırımına həsr olunmuş anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.
İştirakçılar əvvəlcə mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar.
Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub. Anım mərasimində Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış “Əsgər olacam” kompozisiyası təqdim edilib. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın, qocaların başına gətirilən müsibətləri, əhalinin faciəvi taleyi, ermənilərin vəhşilyi, şəhərin yer üzündən silinməsi, bu soyqrıma dünyanın göz yumması, nəhayət Xocalının azad olunması günün yaxınlaşmasından bəhs edilib

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025