Sosial (23-02-2019, 20:33)
BDU-nn tələbəsi itkin düşüb (FOTO)

Mediatv.az "Report"a istinadən xəbər verir ki, Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də paytaxta qayıdıb. Gənc atasına əvvəlcə Gəncəyə, sonra Bakıya gedəcəyini bildirib. Lakin yaxınları günorta saatlarında Maisin mobil telefonuna zəng vursalar da, onun telefonuna zəng çatmayıb. Həmin gündən M.Qurbanovdan xəbər yoxdur.
Yaxınlarının bildirdiyinə görə, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin 1-ci kurs tələbəsi olan M.Qurbanov oxuduğu müddət ərzində Goranboya gəlib qayıtsa da, sonuncu dəfə paytaxta getməyib. Yaxınları ondan xəbər tuta bilmədiklərindən narahatdırlar.
Tələbənin itkin düşməsi ilə bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət edilib. Onu görənlərdən yaxud M.Qurbanov haqqında məlumatı olanlardan 051-327 -22-32 və 051-572-01-54 telefon nömrələrinə zəng etmələri xahiş olunur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025