Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-02-2014, 22:36)
Məhəmməd Peyğəmbərin ömrünün son anında dediyi – SÖZLƏR

İslamın banisi olan Məhəmməd Peyğəmbərin (s.ə.s )ölüm anında nələr yaşanıb? ANS PRESS-in dünya mətubatında yayılmış həmin anlar barədə məlumat verir:

Peyğəmbərimizin vəfatından bir gün əvvəl, hamı nəfəs almadan gözləyirdi. Çünki sonuncu Peyğəmbər sahəbələrinə buyurmuşdu: “Kimin nə haqqı varsa, buyub gəlsin və alsın”.

Bu zaman sahəbələrdən biri demişdi: “Bəli var. Bir gün sizin qamçınızın ucu cırıq əbamdan bədənimə dəymişdi”.

Həmişə ədalətli davranışları ilə əbədi dünyaya nümunə olan Məhəmməd Peyğəmbər (s.ə.s) bunu eşidən kimi, əbasını arxasını sıyırıb və dönərək, tərəddüd etmədən buyurub: “Vur!”. Bu an hər kəs çaşıb qalmışdı. Həmin sahəbə əlini və üzünü Peyğəmbərin kürəyini sürtərək, öpməyə başlayaraq, belə deyib: “Bilirəm ki, telinizin toxunduğu hər yer cəhənnəm odundan kənardı. Ona görə də, sizin bədənizə toxuna bilmək üçün bilərəkdən belə dedim”.

Bu əməli ilə Peyğəmbərimiz bir dah qul haqqının vacib olduğunu göstərib.

Bundan başqa, Məhəmməd Peyğəmbər (s.ə.s) son nəfəsində gözünün nuru olan qızı Fatiməni yanına çağıraraq, onun qulağına nəsə pıçıldayıb. Bu zaman əvvəlcə Fatimə qəmlənib, daha sonra isə gülümsəyib. Sonradan onun nə üçün əvvəl kədərləndiyini, daha sonra sevindiyinin səbəbini soruşduqda o, belə cavab verib: “Atam mənə yaxınlarda öləcəyimi dedi. Bunun üçün kədərləndim. Fəqət sonradan atamın yanına ilk mən gedəcəyimi dedikdə, sevindim”.

Peyğəmbərimizin dediyi kimi, 6 ay sonra Fatimə dünyadan köçüb.

Məhəmməd Peyğəmbər (s.ə.s) taqətsiz olmasına baxmayaraq, son nəfəsində onsuzda inci kimi olan dişlərini təmizləyib. O, Rəbbinin hüzuruna tərtəmiz getmək istəyirdi. Peyğəmbərimiz son anında bu sözləri demişdi: “Namazlarınızı vaxtında qılın, qadınlarınızın haqqını qoruyun. Rəhbərliyiniz altındakılarla yaxşı davranın və əmanətləri yerlərinə çatdırın”.

Bu sözlərini tamamlayandan sonra Cəbrayıl nazil olub və Məhəmməd Peyğəmbərə (s.ə.s) salam verib. Peyğəmbərlik vəzifəsinin sona yetdiyini bildirib. Daha sonra Cəbrayıl Peyğəmbərimizə buyurub ki, əgər icazə versə, müsafiri var. Peyğəmbərimiz qonağın kim olduğunu soruşanda isə, Cəbrayılın olduğunu bildirib.

“Gələ bilər. Mən hazıram”, – deyə Məhəmməd Peyğəmbər (s.ə.s) söyləyib. Daha sonra şəhadət barmağını yuxarı qaldıraraq, “Uca Dosta” getdiyini bildirərək, ruhunu təslim edib. Həyat yoldaşı Aişə Məhəmməd Peyğəmbərin gözündən bir damla yaşın yanağına düşdüyünü görüb.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024