Sosial / Slayd (11-12-2015, 15:31)
Ağ ləkə götürmür
Azərbaycanın hər bir bölgəsi kimi, Salyan rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur.
Salyan rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.
Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Tahir Kərimov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Tahir Kərimov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.
Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Tahir Kərimov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.Tahir müəllim bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.
Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.
Rayonun təhsil, mədəniyyət, səhiyyə sahələrində xeyli işlər görülmüş, müəssisələrin fəaliyyətində irəliləyişlərə nail olunmuşdur.
Tahir müəllim hakimiyyət, təsərrüfat, sosial və mədəni həyat strukturlarında çalışan bütün pillə kadrları ilə obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir.Tahir müəllim xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Hər insan özünü vəzifələrdə təsdiq edə bilmir. Hansı vəzifəni daşıdısa,Tahir müəllim sahib olduğu mərtəbədən ucada dayanmışdır, şərəfli adını və bütövlüyünü qoruyub saxlamış, heç kim üçün - nə adi insanlar, nə də uşaqlıq və gənclik yoldaşları üçün əlçatmaz olmadı. Əksinə, daha sadə, daha başa düşülən, qəbul edilən rəhbər işçi oldu. Buna görə də bütün salyanlılar onunla fəxr edib, qürur duyurlar.Tahir müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir salyanlı zərər çəkməyib, çətinliyə düşməyib.Çünki o hər bir vətəndaşın probleminə diqqətlə yanaşıb,hər bir vətəndaşın problemini öz problemi hesab edib.
Cənab Prezident təhsil ictimayyəti ilə keçirilən bütün görüşlərində,hər bir millətin gələcəyinin təhsildən keçdiyini vurğulayır.Bu devzi rəhbər tutan Tahir Kərimov tez-tez təhsil işçiləri ilə görüşür,məktəblərə baş çəkir,onların qayğı və problemləi ilə maraqlanır.Məhz onun nəticəsidir ki TQDK-nin son hesabatlarında Salyan Rayon Təhsil Şöbəsi həm buraxılış imtahanın göstəricilərinə həm də ali və orta ixtisas məktəblərinə qəbulun səviyyəsinə görə respublikada ilk onluqda yer alır. Salyan rayonunda qəbul zamanı hər il 600-dən artıq bal toplayan tələbələrin sayı ildən-ilə artır.
Son günlər mətbuatın gündəmini zəbt edən məsələlərdən biridə cənab Tahir Kərimovun Gül bayramında çəkdirdiyi şəkildir.Bu məsələlərə aydınlıq gətirmək üçün bir redaksiya olaraq əməkdaşımızı Salyan rayonuna ezam etdik.O rayon ictimayyətinin nümayəndələri ilə,təhsil işçiləri ilə görüşmüş bu məsələlərə aydınliq gətirməyə çalışmçşdır.Rayon ictimayyətinin nümayəyəndələri bunu çox pis qarşılamış,ağa qara ləkə yaxmaq kimi qiymətləndirmişlər.Əslində isə həmin foto 9 may 2014-cü ildə Salyan şəhərində Gül bayramı ilə bağlı keçirilmiş tədbir zamanı çəkilib. 10 may Gül bayramı ilə əlaqədar Salyan rayonunun məktəbləri, təhsil müəssisələrinin hazırladıqları tədbir zamanı oraya gələn bütün şəxslər, o cümlədən RİH başçısı yanında Şura üzvləri, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri bu gül çələnginin altından keçib sərginin keçirildiyi məkana daxil olmuşlar. Fotodan da görünür ki, Tahir müəllimin yanında hüquq mühafizə orqanlarının rəhbərləri də var. Arxada isə ictimaiyyətin nümayəndələri əks olunmuşdur.İkincisidə il boyu onların qayğı və problemlərinə diqqət yetirən bir şəxsə sayqı ilə cavab vermək nə vaxtdan qəbahət sayılıb.