Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-01-2017, 10:49)
AQRAR UNİVERSİTETİNDƏ TYUTOR XİDMƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR

AQRAR UNİVERSİTETİNDƏ TYUTOR XİDMƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tyutor xidmətinin təşkilinin təkmilləşdirilməsi məqsədilə növbəti müzakirə aparılıb.

 

Mediatv.az:  ADAU-nun mətbuat xidmətinin xəbərinə görə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək qeyd edib ki, kredit sistemi ilə tədrisin təşkili tyutor xidmətinin fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Universitetdə bu məqsədlə bir çox tədbirlər həyata keçirilib. Bununla belə yenə də universitetdə tyutor xidmətinin təşkilinin təkmilləşdirilməsinə ehtiyac var. Şübhəsiz ki, bu sahədə həyata keçiriləcək tədbirlərin əsas istiqamətlərinə  tələbələrə kredit sistemi ilə tədrisin təşkilinin mahiyyətinin,  akademik borclar və onların ləğv edilməsi qaydalarının, fərdi iş planlarının tərtibinin ətraflı formada izah edilməsi, tələbələrin hüquqlarının və akademik maraqlarının lazımi səviyyədə qorunması, tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatların verilməsi və sənədləşdirmə işlərinin aparılması,  yay semestrinin səmərəli formada təşkil olunması, habelə beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbələrin qazandıqları kreditlərin transferi məsələsi daxildir.

Qeyd olunan məsələ ilə əlaqədar tədris işləri prorektor, dosent Anar Hətəmov, ADAU-nun professoru Azad Bayramov, tələbə Valeh Əsədov çıxış edərək müzakirə olunan məsələ barəsində təkliflərini bildiriblər.

Müzakirədə prorektorlar, fakültə dekanları, tədris, beynəlxalq əlaqələr və elm şöblərinin əməkdaşları, akademik məsləhətçilər (tyutorlar) iştirak ediblər. Sonda tyutor xidmətinin təşkilinin təkmilləşdirilməsi məqsədilə konkret tapşırıqlar verilib.

AQRAR UNİVERSİTETİNDƏ TYUTOR XİDMƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ TYUTOR XİDMƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ TYUTOR XİDMƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025