Sosial / Slayd (5-12-2016, 15:12)
“Qaçqınkom” Dünya Bankının kreditini necə xərcləyib?:açıqlama yoxdur
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktor müavini “unudur” ki,...
Mediatv.az xəbər verir ki, Xeberinfo.com-un redaksiyasına Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) daha bir layihəsi ilə bağlı məlumat daxil olub. Söhbət Dünya Bankının krediti cəlb edilməklə həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi”Layihəsindən gedir. Bu Layihənin icrası ilə bağlı ziddiyyətli məlumatlar var. Əməliyyatla bağlılığı olan şəxsin xeberinfo.com-a verdiyi məlumata görə Layihə de-fakto kağız üzəridən icra olunub.
Yaxın günlərdə Hesablama Palatasının bu istiqamətdə aparılmış audit tədbirlərinin nəticələrini açıqlaması da gözlənilir. Bu açıqlamada isə kifayət qədər ciddi sayıla biləcək faktlar yer alacaq.Biz əldə etdiymiz məlumatlarla bağlı Hesablama Palatasının rəsmi açıqlamasından sonra yazacağıq.
“Qaçqınkom”un Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu ilə əlaqə yarada bilsək də suallarımıza cavab ala bilmədik. Fondun direktor müavini Namiq İbrahimov bizimlə telefon danışığında əvvəlcə rəsmi sorğu göndərməyimizi desə də, sonradan “nə istəyirsiniz gedin yazın” deməklə kifayətləndi...
Olsun, görünür Namiq İbrahimov ölkənin hazırkı məlum iqtisadi-maliyyə durumunda hansısa xarici maliyyə mənbəyindən kredit alıb da, xərcləməyin məsuliyyətini “unudur”. Həm də onu “unudur” ki, hər bir ölkə vətəndaşının hökumət strukturlarının fəaliyyətindən məlumatlı olmaq haqqı var. Başqa sözlə “Qaçqınkom”un da hökumət strukturu kimi cəmiyyətə açıq, şəffaf olmaq borcu da var.
Xeberinfo.com