Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (5-11-2016, 23:15)
Varlını kasıb, kasıbı müflis edən "Topaz"dan reportaj - FOTOLAR

Varlını kasıb, kasıbı müflis edən

 

Kasıbların ümid yeri, borcluların pul qaynağı

 

Mediatv.az:  Bir neçə il öncə idman qumarının qanuni hala gəlməsi insanların bu işə marağını artırmağa başladı. Getdikcə futbol sevgisi qumar şövqü ilə əvəzləndi. Ciblərdə olan pulları əlləri ilə kiməsə verib, sonra isə onları geri almağa çalışmağa qumar deyilir. Həqiqətən də belədir. 
 
Ölkəmizdə isə tək və ən böyük qumar oyunu "Topaz"ın təşkil etdiyi totalizatordur. 
Uzun illər Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən mərc kontorları işləyib. Həmin kontorlar müxtəlif futbol komandalarının adı altında açıq-aşkar işləyirdilər. Bu kontorlarda təbii ki, udanlar uduzanlardan qat-qat az olurdu. 
Daha sonra "Topaz" adlı kontorlar paytaxtın, eləcə də ölkənin iri şəhərlərinin küçələrində görünməyə başladı. Bir müddət sonra isə o biri kontorlar qapadıldı ki, "Topaz" qumar bazarında hegemonluq edə bilsin. Elə də oldu. 
"Topaz" haqqında qısa bilgi 
2010-cu ilin yanvar ayının 19-da Azərbaycanın mərc oyunları sektorundakı investisiya potensialını qiymətləndirmək məqsədilə “Azərinteltek Qapalı Səhmdar Cəmiyyəti” yaradılıb. Şirkətin təsisçilərindən biri Türkiyənin mərc oyunları sektorunda ixtisaslaşan “İnteltek” şirkətidir. 
“İnteltek” şirkəti 2004-cü ildən etibarən Türkiyədə ilk və tək qanuni mərc oyunları operatorudur. Şirkət hazırda dünya mərc oyunları bazarının ən qabaqcıl və innovativ şirkətlərindən biridir. "Azərinteltek Qapalı Səhmdar Cəmiyyəti" tərəfindən “Topaz” əmtəə nişanı ilə 2011-ci ilin yanvar ayının 18-indən etibarən Azərbaycanda faktiki olaraq mərc oyunlarının keçirilməsinə başlanıb.
Virus kimi yayılan qumar
Əslində futbolu çirkinləşdirən bu mərc oyunu artıq 4 ildir ki, inkişaf etməkdə olan futbol liqamızın adından öncə gəlməkdədir - “Topaz Premyer Liqası”. 
Artıq ölkə ərazisində idman oyunları üzrə mərc qoyuluşuna "Topaz" nəzarət edir. Kontorun adının dəyişməsi bunun qumar olması həqiqətini dəyişə bilməz. 
Dünyanın bir çox ölkəsində qumar oyunlarının reklam edilməsinə ya tamamilə, ya da qismən icazə verilmir. Bizdə isə əksinədir. Telekanallarda səhər-axşam "Topaz" reklamı gedir. Beləliklə, icazəmiz olmasa da qumar evimizə girir. 
Yüzlərlə, bəlkə də minlərlə insan bu mərc oyunlarının qurbanına çevrilib. Borc bataqlığına düşüb, maddi imkanının yaxşılaşdırmaq kimi düşüncəyə qapılan vətəndaşlarımız bu oyunların aludəçisi olur. Beləcə, daha çox bataqlığa düşən insanların çox vaxt sonu intiharla yekunlaşır. 
Xəstəlik...
Əslində mərc oyunları xəstəlik hesab edilir. Psixoloqlar asılılıq yaradan bu tipli mərc oyunlarının çox olmasının cəmiyyət üçün ziyanlı olduğunu düşünürlər. Ekspertlərin fikrincə, daimi mərc oyunlarından istifadə edənlərin əksəriyyətinin psixoloji problemləri olur. Belə insanlar yalan danışır, evdən pul oğurlayır. Bu isə onların şəxsiyyət kimi formalaşmasına ciddi zərbədir. Zamanla maddi problemlər yaşayan belə insanlar bəzən cinayət belə törədə bilirlər. 
""Şot" yazıram, tutsa sabah pulunu verəcəm"
Musavat.com-un əməkdaşı bu qədər ziyan verməyə qadir olan "Topaz" kontorlarından bir neçəsinə növbəti bir "qurban" qismində baş çəkib. Orada baş verən hadisələrə, söhbətlərə şahid olub. 
Digər qumar qurbanları kimi mən də masada əyləşib, günün oyunlarına baxırdım ki, digərlərindən fərqlənməyim. Yan masada oturan ortayaşlı bir nəfər telefonla danışırdı. Dialoq tam belə idi: "Sən öl, sabaha borcumu verəcəm. "Şot" yazıram, tutsa, sabah pulunu verəcəm, narahat olma". 
"Ya Allah, görək bu kupondan nə tuta bilirik də..."
Qarşı masada əyləşən 3 nəfərin dialoqu isə daha maraqlı idi: 
(Adlarını bilmədiyimiz üçün şərti adlardan istifadə edirik - M.T)
A.: 6 aydır işsizəm, iş tapmıram. 
 
B.: Bizdə də maaş gecikir. İşıq pulunu verə bilməmişəm.
 
C.: Məndə də vəziyyət eynidir. Ya Allah, görək bu kupondan nə tuta bilirik də... 
Bu dialoq əslində qumara meyilli olanların hansı təbəqəyə aid insanlardan ibarət olduğunun nümunəsidir. Onsuz da maddi sıxıntı çəkən vətəndaşlarımız belə kontorlar sayəsində daha da batırlar. Vətəndaşların maddi rifahını artırmaq üçün açılmalı olan iş yerləri əvəzinə "Topaz" kontorları açılır. 
"Qazanan idarə edən olur, oynayan yox"
Xəqani Dadaşovun 28 yaşı var. Fotosunun çəkilməsini istəməsə də, qumara olan marağı barəsində danışmağa razı oldu. Xəqaninin dili ilə desək, 2 ildir ki, "şot" yazır. Bu müddət ərzində cəmisi 4 dəfə pul udub. Onları da bir yerə toplayanda 211 manat edir. Bu iki il ərzində isə 1000 manatdan çox pul itirib: "Əvvəllər xırda məbləğlə kupon yazırdım. Sadəcə həvəs və maraq üçün. Sonradan özüm də bilmədən alışmağa başladım. İndi demək olar ki, hər gün "şot" yazıram. Bəzən özümü idarə edə bilməyən vaxtlarım da olur. Bir dəfə qələbə qazanacağına 100 faiz inandığım bir komanda üçün telefonumu satdım. aldığım pulu onun qələbəsinə yatırdım. Həmin komanda 0:3 hesabı ilə məğlub oldu. 4 ay telefonsuz qaldım. Amma yenə də əl çəkə bilmirəm. Xəstəlik kimi bir şeydir. Burada pul dövr edir. Bir dəfə udursansa, on dəfə də uduzursan, qayda belədir. Yəni qazanan idarə edən olur, oynayan yox". 
"Topaz"ın etdiyi bəzi fırıldaqlar barəsində mediada bir neçə dəfə yazılar dərc edilib. Onlardan biri də belə idi - "Topaz" mərc həvəskarlarından "Avro-2016"da kimin bombardir olacağını soruşmuşdu. Təxmin üçün də proqramda müxtəlif əmsallarla 37 futbolçunun adı qeyd olunmuşdu. Amma iş burasındadır ki, təklif olunan futbolçular arasında bombardir olacağı 12 əmsalla qiymətləndirilən, ancaq Fransa millisinə dəvət almayan Kərim Benzemanın, final mərhələsində iştirak etmək üçün Almaniya yığmasına cəlb edilməyən Marko Roysun, İspaniya millisinə cəlb edilməyən Dieqo Kosta ilə Fernando Toressin da adı "Topaz" tərəfindən mərc həvəskarlarına təqdim edilmişdi. Bu da o deməkdir ki, bilmədən bu adları seçənlər bəri başdan uduzmuş olurdular. 











шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024