Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-10-2016, 15:09)
AQRAR UNİVERSİTETİNDƏ YENİ LAYİHƏ - FOTOLAR

 

AQRAR UNİVERSİTETİNDƏ YENİ LAYİHƏ - FOTOLAR

 

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakültəsində assistent Fərrux Rəhimovun rəhbəri olduğu Universitet auditoriyasından iş dünyasına adlanan fərdi  layihənin açılışı və ilk tədbiri olub.

Mediatv.az xəbər verir ki,  Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihəni giriş sözü ilə Fərrux Rəhimov açıb və tədbir iştirakçılarına mahiyyəti barədə məlumat verib. Universitetin rektoru, professor İbrahim Cəfərov çıxış edib, layihə rəhbərinə uğurlar arzulayıb.

Açılışda universitetin tədris işləri üzrə prorektoru A. Hətəmov, Elm şöbəsinin müdiri A. İsmayılov, Menecment və aqrar marketinq kafedrasının müdiri A. Həsənov və adıçəkilən kafedranın assistenti B. Abbasova da layihə rəhbərinə uğurlar arzulayıblar.

Bakı şəhərindən dəvət edilən StudentClubAzerbaijanın təsisçisi eləcə də müxtəlif şirkətlərin İnsan Resursları Departamentində idarəetmə sahəsində iş təcrübəsi olan təlimçi İlqar İbrahimovun “İşəgötürmənin texnikası, İşə qəbul” adlı təlimi baş tutub. Doxsan dəqiqədən artıq davam edən təlim-seminarda işə qəbul prosesinin incəlikləri, CV-nin hazırlanması, müsahibələrdə verilə biləcək suallar, gələcək karyeranın uğurlu təşkili kimi məsələlərə toxunulub və tələbləri maraqlandıran suallar cavablandırılıb. Maraqla dinlənilən təlimin sonunda xüsusi marağı olan tələbələrlə fərdi söhbətlər aparılıb.

Layihə nəzərdə tutulan növbəti təlimlərin keçirilməsi ilə davam etdiriləcək

AQRAR UNİVERSİTETİNDƏ YENİ LAYİHƏ - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ YENİ LAYİHƏ - FOTOLAR
AQRAR UNİVERSİTETİNDƏ YENİ LAYİHƏ - FOTOLAR

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025