Sosial / Slayd (20-10-2016, 11:23)
Mikayıl Cabbarova və “Radikal müxalifət”ə açıq məktub: ADPU-nun dosenti Mübariz Əsədovdan
“Bu gün Azərbaycan təhsili öz tarixində ən acınacaqlı günlərini yaşayır”
“Təhsil Naziri Mikayıl Cabbarov elm və təhsildən, AXCP sədri Əli Kərimli isə siyasətdən danışanda adam xəcalət çəkir”
Universitetin dosenti təhsil nazirini açıq debata çağırır
Mediatv.az xəbər verir ki, Xeberinfo.com-un redaksiyasına Azərbaycan Pedaqoji Universitetinin dosenti Mübariz Əsədovun təhsil naziri Mikayıl Cabbarova və “radikal müxalifət” nümayəndələrinə ünvanlanmış açıq məktubu daxil olub. Məktubun müəyyən ictimai marağa səbəb olacağını nəzərə alıb, olduğu kimi dərc edirik:
“Hörmətli Mikayıl bəy! Siz Azərbaycan tarixində Təhsil Naziri vəzifəsinə təyinat alan ən gənc nazirsiniz. Təhsil mürəkkəb və ağır sistem olmaqla yanaşı dövlətin ən məsuliyyətli və ən şərəfli sahələrindən biridir. Cənab Prezidentimizin 2013-cü il 19 aprel tarixli təyinatı yalnız Sizə yox, Azərbaycan gəncliyinə inamın və etibarın göstəricisidir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin bir kəlamını da nəzərinizə çatdırmaq istəyirəm:
“Hər bir məmur keçmiş nailiyyətlərinə görə sağ olsun, bu günki fəaliyyətlərinə görə isə qanun qarşısında cavab verməli olacaq. Bəzi şəxslərə vəzifə etimad edəndə onlar bu etimadı doğrultmaq əvəzinə daha yüksək iddialara düşürlər”
Təhsili bütün üzləri şəffaf linzadan ibarət prizmaya bənzətmək olar. Hər bir ailə bu və ya digər şəkildə təhsillə əlaqədədir. Xalq dili ilə desək : Elin gözü tərəzidir. Bu gün Azərbaycan təhsili öz tarixində ən acınacaqlı günlərini yaşayır. Dünyada ideal təhsil sistemi yoxdur. Ziddiyyət və problem inkişafın təməli kimi qəbul etmək olar. Çox təssüflər olsun ki, bizim təhsil sistemimizdə mövcud problemlər təhsilin inkişafına yox, bəzi yüksək çinli məmurlarımızın şəxsi maraqlarının təmin olunmasına xidmət edir. Sizin nazirliyiniz müddətində təhsilin bütün sahələrində neqativ hallar isə günü-gündən artaraq daha xoşagəlməyən məcarəyə istiqamətlənib. Bu ümumi şəkildə qeyd etdiklərimi hələ 2014-cü ilin sentyabr və dekabr aylarında Sizə müraciət etdiyim və cavabı bu günə qədər tam verilməyən ərizədə öz əksini tapmışdır. Doğrudur, Təhsil Naziri kimi sizin qəbula təhsil işçilərinin və elm adamlarının düşməsi çox müşkül məsələdir. Lakin təhsili yox, digər məsələlərini çox yaxşı bilən “Odlar Yurdu” universitetində
yüksək praktiki təcrübə əldə edən və həmin təcrübəni Təhsil nazirliyində “uğurla”
həyata keçirən “İlk peşə və orta ixtisas təhsili şöbəsinin müdiri Samir bəy Vəliyevin 2015-ci ildə qəbulunda oldum. Qeyd edim ki, S. Vəliyevin qəbuluna düşməyim əməli ilə dövlətə sadiq olan və ilk dəfə tanıdığım bir ziyalının köməkliyi ilə baş tutmuşdur.
Hörmətli deputatımız Əhməd Vəliyevin oğlu Samir bəyin mənə son sözü belə
oldu: “Təhsildə olan problemlər sizin yox , Təhsil nazirliyinin səlahiyyətlərinə aiddir”. Sanki Azərbaycan Respublikasının Təhsil nazirliyi də özəlləşdirilib.
Təhsil nazirliyində elm və təhsildən başqa bütün əməlləri yaxşı bilən xüsusi dəstə formalaşdırmısınız.Yüksək səlayiyyət və haram pul sahiblərinə nə demək olar? 2014-cü ildə Təhsil nazirliyinə təqdim etdiyim ərizədən bir epizodu olduğu kimi bir daha nəzərinizə çatdırmaq istəyirəm:
“ Şah qarışqanı fil adlandırmağı əmr edib icra etdirə bilər, lakin qarışqanı fil etdirə bilməz.
Hörmətli Mikayıl bəy! Mən Qərbi Azərbaycanda orta məktəbdə oxuyanda rayon üzrə keçirilən olimpiadada yer tutan yeganə azərbaycanlı olmuşam. Hərbi xidmət borcumu verib (birinci kursu qurtardıqdan sonra) Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib pedaqoji fəaliyyətə başlayanda Siz orta məktəb şagirdi idiniz. Siz Bakı Dövlət Universitetini bitirəndə mən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyasının qərarı ilə alimlik dərəcəsi almışam. Hal-hazırda 4 diplomum var: Biri universitet (fərqlənmə), üçü isə AAK tərəfindən verilib. Siz 1997-1998-ci illərdə ABŞ-da hüquq dərəcəsi almısınız. Mən isə nə o vaxt, nə də indi ABŞ-a gedə bilmirəm. Hətta kitab və məqalələrimi nəşr etdirə bilmirəm. Amma ABŞ-ın Nyu-York şəhərində nəşr olunan və 25 dilə tərcümə edilən “INTERNATIONAL APRELD MECNANİCS” jurnalında (1998,N 1 1,34) 12 dəfə mənim dissertasiyaişimdə alman elmi nəticələrə istinad olunub. Bu gün isə keçmişini unudan toylar tamadası V. Orucov dövlət qanunlarına meydan oxuyaraq adi müəllim işləməyimə imkan vermir
Siz isə Təhsil naziri kimi qanunların aliliyini təmin etmək əvəzinə Qaralovların
gəlir obyektlərində biri kimi fəaliyyət göstərən kollecin direktoru V. Orucovun
əməllərini ört-basdır edirsiniz. Səbəb nədir?” . (2014-cü ildə olanbu müraciət təhsil nazirliyinin arxivində olmasa onunla «meydaninfo.com» saytında tanış ola
bilərsiniz.) Həmin saytın əməkaşlarına və rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Dostunu söylə kim olduğun deyim yanaşmasini hər birimizə aid etmək olar.
2015-cı ildə isə məlum sərancamına əsasən Bakı Sənaye Pedaqoji kolleci ləğv
edildikdən sonra təhsili biznesə çevirən əməlləri ilə respublikada tanınmış kollec
direktoru V. Orucovu 2016-cı ildə yenidən Bakı Dövlət Sosial İqtasad Kollecinə direktor təyin etdiniz. Bəli, sizin bu təyinatınız nazir kimi “şəffaflıq” fəaliyyətinizin əyani göstəricisidir.
Hörmətli Mikayıl bəy! Siz təhsilinizin bir pilləsini demokratik hesab olunan
ölkədə tamamlamısımz. Bunu , vəzifənizi və cənab Prezidentimizin “Məmur
fəaliyyətinə xalq nəzarəti” kəlamını nəzərə alaraq aşağıdakı suallarıma cavab
verməyinizi xahiş edirəm.
1.Tədrisin əsas təşkili forması dərsdir və onu reallaşdıran əsas faktorlardan bir dərslikdir. Kurikulum əsasında yazılan dərsliklər, xüsusən riyaziyyat dərslikləri elmi və metodiki baxımdan qüsurludur. Həmin dərsliklərin bəzilərinin yararsız olması haqqinda rəsmi qərar qəbul olmasına baxmayaraq uzun müddətdir ki. bu dərsliklərdən istifadə olunur. Yararsız dərsliklərdən istifadə edən şagirdlər yararlı ola bilərmi? Nazir kimi öz fəaliyyətiniz dövründə “Təhsildə vahid pəncərə” sistemindən əlavə əvvəlki nazirdən fərqli hansı real nəticəsi olan tədbirlər həyata keçirmisiniz?
2. Sizin əmrlə təsdiq olunmuş riyaziyyat dərsliklərində və müəllim üçün metodik vəsaitlərdə olan bir neçə “kurikukum yeniliklərini” nəzərdən keçirək:
a) Ədəd 2,5 dəfə azalarsa, bu o deməkdir ki, ədəd əvvəlki ədədin
2,5 = <!--[if gte msEquation 12]>2510<!--[if !msEquation]--><!--[endif]--> = <!--[if gte msEquation 12]>250100<!--[if !msEquation]--><!--[endif]--> = 250%-i qədər oldu, yəni 150% azaldı.
Ədəd 1,2 dəfə artarsa, alınan ədəd əvvəlki ədədin 1,2·100 = 120%-i olmuşdur, yəni ədəd: 120-100=20% faiz artmışdır. [Riyaziyyar-6 müəllim üçün metodik vəsait, səhifə 80, çalışma 3] Ədəd, kəmiyyət 150% necə azala bilər? İqtisadiyyatın 150 % azalması nə deməkdir? Bunun üçün riyaziyyatçı olmaq lazımdırmı?
Məsələ 1. 2013-cü ildə Şirvan qoruğunda 100 ceyran vardır. 2016-cı ildə ceyranların sayı 150% azalmışdır. Qoruqda neçə ceyran qalmışdır?
Məsələ 2. Hər il təhsil nazirliyi tərəfindən orta məkəb şagirdləri üçün “məktəbli kitabçası” və müəllimlər üçün kurikulum əsasında gündəlik dərs icmalları satılır. 2012-ci ildə dərs icmalının qiyməti 2 manat 50 qəpik olub. 2016-cı ildə isə onun qiyməti 4 manat 50 qəpik olmuşdur. Dərs icmalının qiyməti neçə faiz artmışdır?
Bu məsələlərin kurikulum əsasında necə həll etmək olar?
b)”Səpələnmə diaqramında iki kəmiyyətin bir-birindən asılı olduğunu təqdim etmək üçün istifadə edilir. Bu asılılıq korrelyasiya adlanır. Korrelyasiyanın 3 növü var: 1. müsbət korrelyasiya; 2. mənfi korrelyasiya; 3.korrelyasiya olmayan”[Riyaziyyar-8 ,dərslik, Bakı-2015, səh. 200]Korrelyasiya olmayan korrelyasiyaya necə daxil ola bilər? Növ cinsə daxil olmaya bilərmi? Bəlkə bəzi yüksək çinli məmurlarımızın və müxalifət nümayədələrimizin universal qabiliyyətləri (bir neçə partiyaya üzv olmaq) təhsilimizdə riyazi kəmiyyətlərə də keçib?Bu anlayışlar bəzi ali məktəblərin II-III kurslarında tədris olunur. 8-ci sinif şagirdlərinə belə yanlış məlumatların verilməsində məqsəd nədir? Budurmu kurikulum yenilkləri?Bir nəfərin orta məktəbin bütün sinifləri üçün dərslik yazması elmi və metodiki baxımdan mümkün deyil. Qonşu Rusiyada hər bir sinif üçün 5-6 variantda dərsliklər nəşr olunur. Hər bir dərsliyin də ən azı 4-5 müəllifi ( həqiqi pedaqoqu, alimi) var. İbtidai siniflərin riyaziyyat dərslikləri bərbad haldadır. Pedaqogikadan, psixolgiyadan xəbəri olmayanların, orta məktəb şagirdləri üçün dərslik yazması təhsilin inkişaf istiqamətini tərəqqiyə aparır, yoxsa tənəzzülə?
3. Kurikulum əsasında müəllimlər üçün kurslar təşkil olunur. Kursun əsas hədəfi isə yeni yazılan dərsliklər və metodik ədəbiyyatlardakı elmi yanaşmaların müəllimlərə öyrədilməsidir. Onların da elmi və pedaqoji potensialları hamıya bəllidir. Həmin kurslarda dərs deyən müəllimlərin həftəlik əmək haqqı müəllimlərin, alimlərin aylıq əmək haqlarından dəfələrlə çoxdur. Buna səbəb nədir?
4. Bir müəllimin diaqnostik qiymətləndirmə imtahanında iştirakına nə qədər vəsait xərclənir?
5. Sabiq Təhsil Naziri cənab Misir Mərdanovun dövründə bir çox qəzetlər, televiziyalar demək olar ki, hər gün təhsillə əlaqədar şəxsi mülahizələrini bildirirdilər. Məsələn, “ANS” televiziyası cəbhədə vəziyyətlə ədaqədar məlumatı təqdim etdikdən dərhal sonra Misir müəllimin şəklini göstərməklə təhsildə olan və ya olmayan “problemləri” xüsusi təmtəraqla işıqlandırırdılar. Misir müəllim nazir postundan getdikdən sonra sanki təhsilimizin bütün problemləri həll olundu. Hazırda təhsilimizin əsas problemi nədən ibarətdir?
6. Özlərini “radikal müxalifət” adlandıran bəzi qəzet və saytlar hətta cənab Prezident haqqında istədiklərini özlərinə məxsus tərzdə yazırlar. Həmin qəzetlər və saytlar Təhsil naziri Mikayıl bəy haqqında onlara təqdim olunan real faktları qəbul etdikdən sonra onu yazmaqdan imtina edirlər. Bəlkə, Təhsil Nazirindən qorxurlar? Prezidentdən qorxmayan “radikal müxalifət” qəzet və sayt rəhbərlərinin nazirdən “qorxmasına” səbəb nədir?
7. Bu gün adi məktəb görməyən bəzi “jurnalistlər” azərbaycan müəllimi və ziyalıları haqqında özlərinə məxsus ifadələr işlədirlər. Müəllimin maddi durumunun yaxşı olmamasını bildirirlər və bu həqiqəti heç kim inkar edə bilməz.
Lakin onlardan soruşmaq istəyirəm: Ətrafına toplaşdığınız və yaxşı tanımadağınız partiya liderləriniz “əmək haqqı”, “maaş” , “əmək kitabçası” anlayışlarını bilirlərmi və son 25 il ərzində hər hansı bir idarə və ya təşkilatlarda işləyiblərmi? Onlara məxsus bahalı maşınlar, mülklər, mühafizə dəstəsinin xərcləri hansı məvacib hesabınadır. Onların və ailə üzvlərinin dünyanın bir çox xarici ölkələrinə gedib gəlməsi, övladlarının xaricdə təhsil alması azərbaycan aliminin bir məqalə dərc etməsindən çox asandır. Bunun sirri nədədir? Hesab edirəm ki,bu sirrləri həmişə müraciət etdiyiniz xalqa bəyan etsəniz onları sizin yanınızdan heç bir qüvvə ayıra bilməz. Şəxsən mənim tərəfimdən sizlərə təqdim olunan Təhsil Naziri Mikayıl bəy Cabbarovun əməlləri haqqında müraciət, yüksək çinli məmurumuzun əmisi oğlu olan kollec direktoru Vidadi Orucova saxta elmlər doktoru alimlik dərəcəsinin verilməsi ilə bağlı faktları nə üçün gizlətdiniz?
Axı siz özünüzü radikal müxalifət adlandırırsınız. Azərbaycan müəlliminin və aliminin təsvir etdiyiniz xoşagəlməyən hala düşməsində siz müxalifət liderlərinin rolunun olması da danılmazdır. Vətəndaşların pozulmuş hüquqlarına görə harınlamış yüksək çinli məmurlarla ünsiyyətdə olub siyasi və şəxsi maraqlarını üstün tutan “müxalifət liderlərinin” xalq adından danışmağa haqqı yoxdur. Qeyd etdiklərim ümumi sözlərdən yox , şəxsən özümlə əlaqədar real faktlardan ibarətdir. “Radikal müxalifət” liderlərimizlə 1999-2002- ci illərdə bir neçə dəfə görüşmüşəm. Harınlamış məmurun dövlət qanunlarına meydan oxumasını təsdiq edən və heç bir araşdırmaya ehtiyacı olmayan faktları onlara təqdim etdim.
Pozulmuş hüquqlarımın bərpası üçün onlardan asılı və həlli mümkün olan
variantlardan istifadə etmələrini xahiş etdim. Onlar isə həmişəki kimi öz şəxsi maraqlarını üstün tutdular. Bəli, cəmiyyətin inkişafı üçün sağlam müxalifətətin olması su və hava qədər vacibdir. Siz isə 25 ildir ki, müxalifət kürsüsündə oturub iqtidarda olan bəzi qara qüvvələrlə həmrəy olaraq xalqı aldadırsınız. Siz radikal müxalifət yox , razlışdırılmış müxalifətsiniz.
Sizin Azərbaycan müəllimi və ziyalısı haqqında hər hansı fikir söyləməyə nə savadınız, nə də mənəvi haqqınız yoxdur.
Təhsil Naziri Mikayıl Cabbarov elm və təhsildən, AXCP sədri Əli Kərimli isə siyasətdən danışanda adam xəcalət çəkir. Çox hörmətli Mikayıl bəy! Mənim təhsillə əlaqədar Sizə veriləsi suallarım çoxdur. Hələlik qeyd olunan məsələlərə aydınlıq gətirməyinizi xahiş edirəm və sizi debata dəvət edirəm.Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət bəy Valehov əvvəllər televiziyada təhsillə bağlı çox cəsarətli verilişlər aparırdı. Necə deyələr, su gələn arxa bir də gələr. Cəsarət bəyin də həmin cəsarətdən istifadə edərək debatda iştirak etməsini arzulayıram.
Redaksiyadan: yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.
Xeberinfo.com