Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (19-10-2016, 10:17)
Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

 

       Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsi ulu öndər Heydər Əliyevin xidmətlərinin nəticəsidir

 

Mediatv.az xəbər verir ki, oktyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP Gənclər Birliyinin hazırladığı “Müstəqilliyimizin banisi: Əbədidir bayrağımız” filmi nümayiş etdirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək ötən 25 ildə Azərbaycanda əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirib ki, ölkəmizdə gedən sürətli inkişaf, qazanılmış uğurlar ümummilli lider Heydər Əliyevin yorulmaz səylərinin nəticələridir.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın rifahı yolunda yorulmaz xidmətləri sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.

M.İbrahimqızı müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışıb. Bildirib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı. Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Vurğulanıb ki, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ölkəmizdə və xaricdə təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə YAP Nəsimi rayon təşkilatı tərəfindən də silsilə tədbirlər proqramı hazırlanıb.

 

YAPGənclərBirliyininsədriSeymurOrucov ölkəmizdə həyatakeçirilənuğurlugənclərsiyasətindəndanışıb. O, Azərbaycan gənclərinə diqqət və qayğının yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, gənclərimiz də müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda əzmlə çalışırlar.

Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR
Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR
Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR
Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR
Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR
Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR
Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR
Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR
Nəsimidə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025
11 07 2025