Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (19-09-2016, 09:36)
“Azərsu” vətəndaşları niyə aldadır? - ŞİKAYƏT

“Azərsu” vətəndaşları niyə aldadır?
Mediatv.az xəbər verir ki, sentyabrın 17-də Qafqaznews.az-da “Masazır iki gündür susuz qalıb, “Azərsu”nun materialı çatışmır” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsinin sakinləri iki gündür su təchizatından məhrum olublar. Qafqaz Xəbər Agentliyinə müraciət edən sakinlər bildiriblər ki, onlara əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib və suyun kəsilməsinin səbəbi açıqlanmayıb. Sakinlər tamamilə içməli su ehtiyatından məhrum olduqlarını, evdə su tədarükü üçün marketlərə üz tutduqlarını qeyd edirlər. Biz “Azərsu”nun “Qaynar xətt”inə zəng etdik. Operator xanım (ad-soyadını bizə bildirmədi – red.) Qafqaznews.az-a bildirdi ki, Masazırda su xəttində təmir gedir.

“Təmir əslində dünən yekunlaşmalı idi. Lakin material çatışmazlığından, dünən işləri başa çatdırmaq mümkün olmayıb. Bu gün təmir işlərini yekunlaşdırmaq nəzərdə tutulub”, – deyə “Azərsu” əməkdaşı bildirib. Sentyabrın 18-də də su təchizatı bərpa olunmadığına görə, biz yenidən “Azərsu”ya zəng vurduq və təmir işlərinin ləngiməsinin səbəbilə maraqlandıq. “Masazırda, Tusi küçəsində diametri 250 mm-lik olan xətdə qəza baş verib, hazırda ərazidə təmir-bərpa işləri aparılır. Xəttin təmir işləri yekunlaşan kimi, su təchizatı bərpa olunacaq”, – deyə operator bildirdi. “Şənbə günü də sizə zəng etmişdim, operator dedi ki, cümə günü material çatışmazlığına görə təmir işləri dayanmışdı. Yenə də material çatışmayıb?”, – deyə soruşduq.

“Başqaları sizə nə deyib bilmərəm, hazırda təmir-bərpa işləri gedir”, – deyə operator xanım cavab verdi. Biz “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya zəng etmək istədik, amma nömrə söndürülmüşdü. Oxucularda sual yarana bilər ki, vətəndaşlar susuz qalıb, Anar Cəbrayıllı isə mobil telefonunu söndürərək istirahətə çəkilib? Əlbəttə, bazar günüdür, ölkənin müxtəlif yerlərində hər gün bir qəza baş verə bilər, lakin ümid edirik ki, heç olmasa iş günlərində “Azərsu” rəhbərliyi ictimaiyyəti düzgün və dolğun şəkildə məlumatlandıra biləcək…Nə vaxtsa! 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024