Sosial / Karusel (8-09-2016, 09:46)
66 saylı məktəbdə pul yığırlar
Ölkənin orta məktəblərində təhsil pulsuzdur və dərsliklər də şagirdlərə pulsuz paylanmalıdır
Mediatv.az: Ancaq buna əməl etməyənlər də var. Artıq tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində hərəkətlənmə müşahidə edilir.
Politika.Az xəbər verir ki, bəzi məktəblərdə pulyığma kampaniyası başlanıb.
Bahadır Bilalov adlı şəxsin verdiyi məlumata görə, Bakının 66 saylı məktəbində 5-ci sinif üçün riyaziyyat fənnindən bir kitabı məktəb pulsuz verir:
“Eyni zamanda bu fənnə aid 3 kitabın da alınmasını tələb edirlər. Bundan əlavə bütün fənlərdən iş dəftərinin alınması tələb edilir, birinin minimum qiyməti 5 manatdır”.
Bakının Nərimanov rayonunda yerləşən bu məktəblə bağlı araşdırma aparılmasına ehtiyac var. Təhsil Nazirliyindən xahiş olunur ki, məsələyə müdaxilə etsin.