Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-06-2016, 17:45)
Lerik məktəblərində tətil yığımları

 

Balaşirin Nəsirovun tapşırığına əsasən məktəblərdə son zəng vurulana qədər, bu yığımlar tam başa çatmalıdır

Mediatv.az xəbər verir ki, artıq ölkənin orta təhsil müəssisələrində daha bir tədris ili başa çatmaq üzrədir. Təəssüflər olsun ki, tədris ilinin sonu nə ümumilikdə təhsil sistemində yaşanan problemlərin, nə də ayrı-ayrılıqda götürülmüş təhsil müəssisələrində, şöbə və ya idarələrdə müşahidə olunan neqativ halların sonu anlamına gəlmir. O cümlədən, son vaxtlar bizimdovr.az-a daxil olan məlumatlarda da Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun yarıtmaz fəaliyyətindən, bu məmurun öz işində yol verdiyi ciddi qanun pozuntularından əraflı bəhs olunur. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda biz artıq bildirmişdik ki, bu gün respublikanın rayon və bölgələrində fəaliyyət göstərən bəzi təhsil şöbələri, bu sahədə həyata keçirilən dövlət islahatlarını var qüvvələri ilə əngəlləməkdə hələ də israrla davam edirlər. Məhz bu strukturların yarıtmaz fəaliyyəti bölgələrdə təhsilin hələ də həddindən artıq aşağı səviyyədə qalmasına səbəb olur. Digər tərəfdən isə, həmin şöbələrinin rəhbərləri tərəfindən kütləvi şəkildə yol verilən rüşvətxorluq və korrupsiya əməlləri yetişməkdə olan gənc nəslin mənəviyyatına da ağır zərbələr vurur.

Lerik RTŞ-nin müdiri ilə bağlı aldığımız məlumatlara gəlincə isə, qeyd edək ki, Balaşirin Nəsirovun hazırda tutduğu vəzifəyə təyinatında onun doğma dayısı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun xüsusi dəstəyi olmuşdur. Belə ki, bizdə olan məlumata görə, bu təyinat üçün məhz Hüseynbala Mirələmovun xahişi ilə, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev o zaman Təhsil naziri olmuş Misir Mərdanova ağız açmalı olmuşdu. Amma bütün bunlar, əslində Balaşirin Nəsirovun bu gün Lerik təhsilinə vurduğu ziyanın fonunda elə də əhəmiyyətli məqamlar kimi diqqəti cəlb etmir. İddialara görə, B.Nəsirov 2010-cu ilin yazında, RİH-nin başçısı Rövşən Bağırova 55 min manat pul verərək, Lerik rayon Təhsil Şöbəsinə müdir təyin olunandan sonra, rayon təhsilinə ayrılan dövlət vəsaitləri təyinatı üzrə yox, ancaq yeni müdirin özünün şəxsi məqsədləri üçün xərcləmişdir. Belə ki, 2011-2012-ci illər ərzində B.Nəsirov tərəfindən mal-material almaq adı ilə 300 min manat pul kiçik müəssisələrə köçürülərək, sonradan heç bir mal-material alınmadan mənimsənilmişdir. Məlum yeyintinin ört-basdır edilməsi üçün bəzi məktəb direktorlarının adına saxta sənədlər tərtib edilməklə həmin vəsaitlər məxaric edilmişdir. Açıqlamalarda bildirilir ki, bu məmurun Lerik rayon Təhsil Şöbəsində yaratdığı qeyri-sağlam mühit rayon ictimaiyyətini, ağsaqqaları, ziyalıları olduqca narahat edir. B.Nəsirovun RTŞ-yə rəhbərlik etdiyi illər ərzində rayon məktəblərində dərslər demək olar ki, tədris olunmur. Bir sıra məktəb direktorları məktəbə aid olmayan işlərlə məşğul olmaqla iş günlərini başa vururlar. RTŞ müdirinin daha bir qanunsuz əməli də hər tədris ilinin əvvəlində şagirdlərin sayının qanunsuz olaraq şişirdilərək, məktəblərdə siniflərin sayının çoxaldılması ilə bağlıdır. Həmin siniflərdə tədris olunan dərslərə ayrılan pullar da B.Nəsirov tərəfindən mənimsənilir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən qanunlar rayon təhsil şöbəsinin müdiri tərəfindən kobudcasına pozulur. Belə olmasaydı, B.Nəsirovun rəhbərlik etdiyi təhsil şöbəsində 5 nəfər təqaüd yaşına çoxdan çatmış əməkdaş hazırda işləməzdi. Lakin Balaşirin Nəsirov həmin adamlardan hər il 1000 manat alır və yalnız bundan sonra onlarla əmək müqaviləsi imzalayır. Və nəhayət, ən son aldığımız məlumata görə, Balaşirin Nəsirov indi də yay tətilləri öncəsi Lerikin orta məktəblərində pul yığımlarının “son akkorduna” start vermişdir. Direktorlara isə qəti tapşırıq verilmişdir ki, məktəblərdə son zəng vurulana qədər, bu yığımlar tam başa çatmalıdır.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

“Bizim Dövr”
шаблоны для dle 11.2

Xəbər lenti
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025