Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-04-2016, 19:14)
Xaləddin İsgəndərovun qoçuları iş başında: «4000 manat ver, evini tik»

 

 

Binəqədi İcra Hakimiyyətinin Xocasəndəki nümayəndəsi Mirpaşa və bələdiyyə sədri Anar Abbasov Bakı sakinindən rüşvət istəyiblər 

Mediatv.az xəbər verir ki, Yasamal rayon sakini Səfər Əliyev Binəqədi İcra Hakimiyyəti və Xocasən bələdiyyəsinin sədrindən şikayətçi düşüb. O JAM.AZ-a göndərdiyi məktubunda bildirir ki, Binəqədi İcra Hakimiyyətinin Mirpaşa adlı işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov ondan qanuni torpağı üzərində tikinti işləri aparması üçün 4000 manat rüşvət istəyirlər. 

Bakı sakini vurğulayır ki, imkanı olmadığından tələb olunan pulu verə bilməyiblər. «Pul vermədiyim üçün tikinti işləri aparmağıma icazə verilmir. Hətta utanmadan bu barədə polisə də şikayət ediblər. Halbuki Hökuməli qəsəbsində yerləşən 3 sot torpaq sahəsini sahibindən qanuni yolla almışıq. Bütün sənədlər də qaydasındadır».

Səfər Əliyev bildirir ki, həmin ərazidə torpaq sahələrinin alqı-satqısı eyniylə onlarınkı kimi olub. «Əgər hər hansı bir fərq varsa, buyurub desinlər. Heç bir fərq yoxdur. Fərq ondadır ki, hamı pul verib ev tikdirir, mən isə rüşvətsiz bu işi həyata keçirmək istəyirəm».

Yasamal sakini JAM.AZ-a bildirib ki, iki uşağı ilə uzun illərdir kirayədə yaşayır. Özü isə Qarabağ mübahribəsi veteranıdır. «Həyat yoldaşım xəstədir. Kirayədə yaşamaqdan zülüm çəkirik. Bütün rəsmi qurumlara müraciət etmişəm. Bir daha mətbuat vasitəsi ilə dövlət başçısına müraciət edərək, ondan kömək istəyirəm». 

Xatırladaq ki, Mirpaşa və Anar Abbasovun adı belə qalmaqallı məsələlərə ilk dəfə deyil qarışır. JAM.AZ xəbər verir ki, Mirpaşa həqiqətən də Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun pulyığanı olaraq tanınır. Anar Abbasov isə bələdiyyə sədri kimi onun yardımçısı qismində çıxış edir. Bundan əvvəl də Xocasən ərazisində onlarla evin tikintisi məhz rüşvət verilmədiyi üçün dayandırılıb. Onlarla bağlı edilən şikayətlərə də məhəl qoyan yoxdur. Çünki hər iki şəxs aldıqları pulları birbaşa icra başçısına verdiklərini açıq şəkildə bəyan edirlər. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 




 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024