Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-09-2016, 15:44)
“Qırmızı körpü”dən dövlətə xəyanət


Mehman Sadıqov rəhbərlik etdiyi idarədə həyata keçirilən çeşidli qanun pozuntularına şərait yaratmaqla bu kimi xəyanətlərə şərik olur

Mediatv.az:  Bir çox mənbələrin deməyinə görə, hazırda Tovuz Gömrük İdarəsinin yarıtmaz fəaliyyətini şərtləndirən əsas amillərdən ən başlıcası Mehman Sadıqovun buraya rəis təyin olunduqdan sonra həyata keçirdiyi uğursuz kadr islahatlarıdır.

“Bizim Dövr”ün ötən saylarında Qazax rayonu ərazisində yerləşən “Qırmızı körpü” gömrük keçid məntəqəsində, eləcə də bu məntəqənin tabeliyində fəaliyyət göstərdiyi Tovuz Gömrük İdarəsində yaşanan müxtəlif problemlərdən, yer almış rüşvət və korrupsiya hallarından bəhs edən bir neçə tənqidi material dərc olunmuşdu. Həmçinin ölkənin bir çox kütləvi informasiya vasitələrində mütəmadi olaraq yayımlanan məlumatlarda da “Qırmızı körpü” gömrük keçid məntəqəsində ciddi korrupsiya hallarının yer aldığı bildirilir. Biz xüsusi olaraq belə bir məqamı vurğulamışdıq ki, bəzi hallarda Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin tabeliyində fəaliyyət göstərən bu məntəqədə cərəyan edən hadisələr, sanki kimlərinsə qəsdən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək niyyətini büruzə verir. Bu gün də bizimdovr.az-a daxil olan məlumatlarda Tovuz Gömrük İdarəsinin tabeliyində olan gömrük keçid məntəqələrində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir. Vurğulanır ki, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi öz yarıtmaz fəaliyyətilə dövlətin yeritdiyi antiinhisar siyasətinə tamamilə zidd olaraq, hələ də müəyyən sahələrdə monopoliyaların yaradılmasına şərait yaradır. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda bu idarənin də fəaliyyətində bəzi müvəqqəti dəyişikliklər həyata keçirildi. Lakin qısa bir müddətdən sonra gömrük işçilərinin ölkəyə mal gətirən sahibkarları soyub-talamaq əməliyyatları yenidən bərpa olundu. Tovuz Gömrük İdarəsinin ən çox korrupsiyaya yol verilən stukturu isə, əlbəttə ki, “Qırmızı körpü” gömrük keçid məntəqəsidir.

Yeri gəlmikən, belə bir məqamı da qeyd etməmək olmaz ki, “Qırmızı körpü” gömrük keçid məntəqəsinin fəaliyyətində müşahidə olunan və dövlət maraqlarının ziddinə yönələn halların burada yer alması əslində təəccüb doğurmamalıdır. Əgər nəzərə alsaq ki, bu gün “Qırmızı körpü” gömrük keçid məntəqəsində xidmət edənlərin arasında ailə üzvləri dövlətə xəyanətdə ittiham olunan şəxslər də var, bu zaman məntəqədə baş verənlərə artıq tam fərqli prizmadan baxmaq olar. Belə ki, bizdə olan dəqiq məlumata görə, “Qırmızı körpü” gömrük keçid məntəqəsinin əməkdaşlarından birinin qardaşına qarşı məhz dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. Həmin şəxs həbs olunub və hazırda faktla bağlı istintaq aparılır. Bu şəxsin qardaşı isə, məhz Mehman Sadıqovun himayəsində olmaqla, bu gün də birbaşa dövlətimizin sərhəddində, “Qırmızı körpü” gömrük keçid məntəqəsində oturaraq, həm dövləti, həm də xalqı talamaqda davam edir. Təsadüfi deyil ki, bu məmurun hal-hazlrda sahib olduğu ev, villa və obyektlərin ümumi dəyəri bir neçə milyon manat dəyərində qiymətləndirilir. Təbii ki, bu cür insanlardan öz fəaliyyətlərini dövlətçiliyimizə sədaqət prinsipləri əsasında quracaqlarını gözləmək, ən azından sadəlövhlük olardı. Məhz Mehman Sadıqovun belə kadrlarının dağıdıcı fəaliyyətləri sayəsində də, Tovuz Gömrük İdarəsində baş verən çeşidli neqativ hallara dair ölkə mətbuatına daxil olan məlumatların ardı-arası kəsilmir. Mehman Sadıqov özü isə, rəhbərlik etdiyi idarədə həyata keçirilən çeşidli qanun pozuntularına şərait yaratmaqla bu kimi xəyanətlərə şərik olur...

Materialda adı keçən bütün tərəflərin məsələyə münasibətini öyrənə bilərik.
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024