Kriminal (Bu gün, 11:50)
Cahid Şahbazova cinayət işi açıldı
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən şikayətlə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb. Cahid Şahbazov istintaqa cəlb edilib.
Xatırladaq ki, Humay Əliyeva üzləşdiyi vəziyyətlə bağlı tibbi ekspertizanın təyin edildiyini və gözündə uğursuz əməliyyat olunmasının təsdiqləndiyini əlavə etmişdi. H.Əliyeva məsələni sosial şəbəkə hesablarında ictimailəşdirəndən sonra onun videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirərək oxşar problemlə üzləşdiyini qeyd etmişdi.
Oftalmoloqun vəkili Asim Abbasov isə saytımıza açıqlamasında bildirmişdi ki, Humay Əliyevanın iddiaları tamamilə yalan və böhtan xarakterlidir.

