Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-06-2016, 14:25)
Hacıqabulda “Milli Qurtuluş günü” münasibətilə konsert proqramı təşkil olunmuşdur - FOTOLAR

Hacıqabulda “Milli Qurtuluş günü” münasibətilə konsert proqramı təşkil olunmuşdur - FOTOLAR

 

Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin tədbirlər planına əsasən 11 iyun 2016-cı il tarixində Rəncbər, Navahı, Atbulaq kənd mədəniyyət evlərinin,  04 saylı Rəncbər kənd kitabxana filialının, Atbulaq kənd klubu və Rəncbər kənd tam orta məktəbin kollektivlərinin təşkilatçılığı ilə 15 iyun “Qurtuluş günü”  münasibəti ilə konsert proqramı təşkil olunmuşdur.

Mediatv.az xəbər verir ki, tədbiri Rəncbər kənd mədəniyyət evinin direktoru açıq elan etdi və onuda qeyd etdi ki, 1993-cü iliyunun 15-də  Heydər Əliyevin qayıdışı təkcə Heydər Əliyev ömrünün deyil, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı. Belə məqamda xalq Heydər Əliyevə pənah aparıb, onu ikinci dəfə hakimiyyətə gətirdi. Taleyini bu dahi şəxsiyyətə etibar edən xalq, nəhayət azad nəfəs aldı.  Ümummilli liderin Azərbaycan dövləti  və xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən  ilk olaraq  onun xilaskarlıq missiyası önə çəkilir.  Dahi şəxsiyyət Heydər Əliyev  uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. Məhz onun xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi  xəritəsində öz yerini qorudu və möhkəmləndirdi.

Navahı kənd mədəniyyət evinin direktoru Mustafayev Mərdan çıxış edərək bildirdi ki, Xalqın taleyinə heç zaman laqeyid qalmayan Heydər Əliyev yenə öz həyatını təhlükələrə atıb, siyasi bacarığını işə saldı. Tez bir zamanda ona etibar olunan ölkəni təhlükədən qorudu. Ölkədə yaranan sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etdi. Heydər Əliyev böyük xilaskar kimi Azərbaycan xalqının minillik səlnaməsinə əbədi həkk olundu. Onun tarixi qayıdışı ilə Azərbaycan xalqının taleyində  yeni bir dövr başlandı.  Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı. O, dövürdəAzərbaycanda da xalq hərəkatı vüsət almışdı. Ölkəmizdə baş verən siyasi proseslər digər respublikalardan fərqli idi. Bir yandan hiyləgər qonşularımızın ərazi iddiası ilə apardığı müharibə, digər tərəfdən naşı, səriştəsiz ölkə rəhbərliyinin hakimiyyət hərisliyi xalqı uçurum qarşısına gətirib çıxarmışdı.

Atbulaq kənd klubunun müdiri Nəsirov Hüseyn çıxışında qeyd etdi ki, bu reallıqlar bir daha təsdiqləyir ki,  Qurtuluşdan başlanan yol uğurlu davam edir, gələcəyə daha böyük inamla baxmağa əsas yardır. Bir sözlə  bu gün ulu öndər Heydər Əliyevin davamçısı möhtərəm Prezidentimiz  İlham Əliyevin apardığı daxili, xarici və eləcə də  multikultiralizim siyasəti bir daha sübut edir ki, müstəqilliyimiz tam əmin əllərdədir.

Tədbirin sonunda rayon Mədəniyyət Mərkəzinin “Təravət” İnsturumentalının ifası ilə Səftər məmmədov, Zakir Sanıyev, Şəhla Əhmədova öz rəngarəng mahnıları ilə çıxış etdilər.

 

Hacıqabulda “Milli Qurtuluş günü” münasibətilə konsert proqramı təşkil olunmuşdur - FOTOLAR
Hacıqabulda “Milli Qurtuluş günü” münasibətilə konsert proqramı təşkil olunmuşdur - FOTOLAR 

 

Tərtib etdi:   Rəncbər kənd Mədəniyyət evinin

 

                       direktoru:  Namiq Hüseynov

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025