Sosial / Karusel (24-04-2014, 23:42)
Azərbaycanlı biznesmen 100 milyon dollarla ölkədən qaçıb
Həmin biznesmenin hazırda İsveçrə hökuməti ilə siyasi mühacir statusu almaq üçün danışıqlar apardığı bildirilir.
Jam.az-ın məlumatına görə, Azərbaycanda tanınmış iş adamlarından biri bir həftə öncə Avropa ölkələrindən birinə qaçıb.
Həmin məlumatda deyilir ki, adı açıqlanmayan həmin iş adamı qaçarkən özü ilə 100 milyon dollara yaxın pul da aparmağı bacarıb. Mənbənin iddiasına görə, Londonda qərarlaşmış azərbayanlı biznesmen orada yaşamağın təhlükəli olduğunu nəzərə alaraq, məkan dəyişdirmək qərarına gəlib. Onun faktiki olaraq İsveçrə hökuməti ilə danışıqlar apardığı deyilir.
Məlumata görə, qeyd olunan biznesmenin İsveçrə hökumətindən istədiyi siyasi mühacir statusudur. Onun bu adla özünü Azərbaycan hakimiyyəti ilə yaşanacaq problemdən sığortalamaq istədiyi vurğulanır.