Sosial / Slayd (9-06-2016, 21:27)
ORUCƏLİ RZAYEV DAHA BİR FAKT QARŞISINDA--ŞOK AUDİO -VİDEO YAZI-ÖZƏL
Mediatv.az saytına Ağdaş sakini İ.Həsənov tərəfindən daxil olmuş şikayət məktubu əsasında hazırlanmış "Orucəli Rzayevin bazara çevirdiyi təhsil ocağı" və "Filialında baş verən korrupsiya halından Orucəli Rzayev xəbərsizdirmi?"sərlövhəli iki məqalə dərc olduqdan sonra, Orucəli Rzayev Mediatv.az saytına qarşı şərəf və ləyaqət davası açaraq 10 min manat iddiası ilə çıxış edib.Guya ,dərc olunan məqalələrdə Orucəli Rzayevin şərəf,ləyaqəti və ya işgüzar nüfuzunu ləkələyən ifadələr işlədilmişdir. Orucəli Rzayev Suraxanı Rayon Məhkəməsinə etdiyi müraciətdə uzun-uzadı Konstitusiyanın və Mülki Məcəllənin maddələrini sadalamaqla, sonda öz prezidentinə, öz dövlətinə, peşəsinə və qanunlara sadiq olduğunu bildirir.
Əziz oxucular, Orucəli Rzayevin yuxarıda sadalanlara əməldə deyil sözdə "sadiq"olduğunu və hal-hazırda ADPU-nin, 01 iyul 2016-cı ildən ADİU-nin tabeçiliyinə verilən Zaqatala filialında baş verən korrupsiya hallarının bariz nümunəsini aşağıdakı audio-videodan aydın görəcəksiniz.
Vasif