Sosial / Slayd (21-04-2014, 20:08)
Deputatın oğlu avtoşluq etdi
aha bir oliqarx oğlunun Bakıda öz bahalı avtomobilləri ilə sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılıb.
Dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxdığını əks etdirən videokadrlar "Virtualaz.org" saytı yayımlayıb.
Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin hər ikisi “Porsche Panamera” markalıdır (qiyməti 250 min manata yaxındır). “100” seriyalı “Porsche”nin Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Lakin mənbə avtomobilin deputatın hansı oğluna məxsus olduğunu dəqiqləşdirməyib.
Həmin videokadrların yeni olmadığı və 2012-ci ilin mayında çəkildiyi müəyyənləşib. "Virtualaz.org" saytı kadrları DYP əməldaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. Lakin DYP və DİN nüfuzlu avtoxuliqanlara qarşı hansısa tədbirlər görməkdə acizdir.
Xatırladaq ki, ötən həftə Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində “BMV X6” və “Lada Priora” avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayılmasının ardınca DİN onların hər ikisini həbs edib. T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər. Həmçinin T.Həsənov polis orqanlarından qovulub, atası isə Əliməmməd Həsənov isə vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl saytımız nəqliyyat nazirinin qardaşı oğlu Aynar Məmmədovun dövlət nömrə nişanları ancaq “100” rəqəmindən ibarət olan bahalı maşın kolleksiyasını sosial şəbəkələrdə necə nümayiş etdirdiyi barədə geniş araşdırma dərc edib.
Deputat oğlunun İnstagram səhifəsində yerləşdirilmiş fotolardan birində onun son model “BMV” avtomobili ilə Zığ şossesində saatda 238.2 kilometr sürət yığdığı avtomobilin bort kompüterinin göstəricilərinə əsasən nümayiş olunurdu. A.Məmmədovun İnstagram fotolarından məlum olurdu ki, onun kolleksiyasında “Lamborghini Avendator LP700-4” (qiyməti 440 min dollardan 650 min dollara qədərdir), “Mercedes CLS 63” (72 min dollar), “Grand Cherokee” (60 min dollar), “Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır), “Maserati” (ən sadə modeli 65 min dollardır), “BMW M5” kimi çoxsaylı dəbdəbəli superkarlar yer alır.