Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-05-2016, 12:05)
Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib - FOTOLAR

Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib - FOTOLAR

 

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir. Bu istiqamətdə görülən bütün işlər  paytaxtımızın daha da gözəlləşməsinə, dünyanın ən gözəl şəhərləri sırasında öz yerini möhkəmlətməsinə əməli töhfədir.

     Mediatv.az xəbər verir ki, 10 may 2016-cı il tarixdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilib.Yaşıllaşdırma marafonundaməqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

   Yeni Azərbaycan Partiyası üzvlərinin, Milli Məclisin deputatlarının, IDEA İctimai Birliyinin həmçinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ilkin olaraq Azadlıq prospekti boyunca yol kənarındakı ərazidə, daha sonra isə Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 2016 ədəd eldar şamı və 93 ədəd İtaliyadan gətirilən, hündürlüyü 5 metrə yaxın Leylandra ağacları əkilib.

    Tədbirə eyni zamanda, aprel döyüşləri zamanıtəmas xəttində qəhrəmancasına şəhid olan Nərimanov rayonundan hərbi xidmətə çağırılmış Mahir Mirzəyevin atası Sabir Mirzəyev də ruh yüksəkliyi ilə qatılaraq Ulu Öndərin xatirəsinə ağac əkib.

 

      Kampaniyanın rayonun bütün idarə, müəssisə və təşkilatlarınında davam etdirilməsi nəzərdə tutulub.  

Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib - FOTOLAR
Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib - FOTOLAR
Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib - FOTOLAR
Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib - FOTOLAR
Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib - FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025